Archive for 2008

Box.az 08.08.08 8 il!

Posted by on August 13, 2008  |  Comments Off

tort8.jpgDaha bir yaş böyüdük. 08.08.08 tarixində Box.az öz 8 yaşına qədəm qoydu. Əsası qoyulduğu tarixdən indiyənə kimi daimə yeniləşmələr həyata keçirən box.az, söz verdiyimiz yeniliklərin bəzilərini istifadənizə təqdim etdi.

ötən 1 il ərzində dizayn və struktur yenilikləri sayəsində istifadəçilərimiz daha böyük həcmli poçt qutusuna sahib olublar. Təkmilləşdirilmiş ünvan kitabçası, yeni AJAX texnologiyası ilə yaradılan intuitiv interfeys, göndərilən məktub əlavələrinin həcminin artırılması bu yeniliklərdən sadəcə bir neçəsidir.

Əldə olunan statistik məlumatıara görə Box.az Cənub Qafqaz regionunda ən çox istifadəçi sayısına sahib olan lokal elektron poçt xidməti göstərən resurs olaraq liderliyini qoruyub saxlamaqdadır.

Hal-hazırda həyata keçirilən yeniliklərlə kifayətlənməyib bir sıra yeni xidmətlər üzərində işləyirik.Ümüdvarıq ki, yaxın zamanlarda tamamlayacağımız layihə bütün istifadəçilərimizin çoxdan gözlədiyi bir yenilik olacaqdır! Bir daha bütün istifadəçilərimizə bizim xidməti seçdikləri üçün təşəkkürümüzü bildiririk. Ad günümüz mübarək olsun deyirik;)

P.S.  Box.az olaraq ad günümüzü bizimlə bərabər qeyd edən Aznetin bir sıra öndə gedən veb resurs təmsilçilərinə öz minnətdarlığımızı bildirmək istərdik.

Tags:

Filed Under: Xəbərlər

Poçt qutunuz cibinizdə!

Posted by on June 14, 2008  |  Comments Off

Məktublarınızı mobil telefonunuzdan qəbul edib və göndərmək imkanı verən yeni WAP saytımız xidmətimizdə!

Yeni və trafikə qənaətçil WAP saytımız poçt ünvanınıza daxil olan məktubların məzmununu rahatlıqla oxuma və hətta məktuba əlavə edilən istənilən mediya faylı mobil telefonunuza yükləmək imkanı verir. Siz həmçinin ünvan kitabçasından faydalanaraq elektron ünvanları mobil telefonunuzdan əlavə edib dost və tanışlarınıza rahatlıqla məktub göndərə bilərsiniz.

Tags:, ,

Filed Under: Xəbərlər

SSL sertifikatlı poçt qutunuz

Posted by on May 15, 2008  |  Comments Off

SSL adlı xüsusi kriptoloji texnologiya sayəsində poçt qutunuza daxil olmanı daha təhlükəsizl edərək parolunuzun kənar şəxslər tərəfindən aşkarlanmasının qarşısını alır.

Tags:,

Filed Under: Xəbərlər

Box.az 2.0 Beta artıq bütün istifadəçilərimizə açıq

Posted by on April 7, 2008  |  8 Comments

logo.gifMart ayının sonundan istifadəçilərimizə təqdim etdiyimiz yeni Box.az 2.0 beta versiyasında mövcud bir sıra proqram səhvləri aradan qaldırıldıqdan sonra yeni versiyanı bütövlükdə olaraq xidmətimizin daimi ünvanı olan box.az ünvanına köçürmüşük. Yeni versiyada bir sıra kiçik səhvlərinin ola biləcəyini guman edərək, istifadədə rahatlığı təmin etmək üçün bir neçə il xidmətinizdə olan klassik versiyanıda istifadənizə açıq saxlayırıq.Yeni versiyanın istifadəsi zamanı qarşılaşdığınız hər hansı bir problemi support@box.az ünvanına yazıb bizə bildirməyinizi xahiş edirik.

Filed Under: Xəbərlər

Box.az 2.0

Posted by on March 26, 2008  |  6 Comments

logo2.pngİstifadənizə yeni box.az 2.0 təqdim edirik, yeni intuitiv dizayn və ajax texnologiyası ilə tərtib olunmuş e-poçt xidmətimiz sizə elektron ünvanınızdan istifadəni daha da rahatlaşdıracaqdır.

Yeni versiyadan istifadə etmək üçün beta.box.az ünvanına daxil olub yeni (2.0) versiyasını seçib istifadəçi adınız və parolunuzu daxil etmək kifayətdir.

Xidmət beta (sinaq) mərhələsindədir. İstifadə zamanı hər hansı bir problemlə üzləşdiyiniz zaman support@box.az ünvanına yazıb bizə bildirməyinizi xahiş edirik.
Box.az 2.0 versiyasının mövcud üstünlüklrəi barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Filed Under: Xəbərlər

Xəbərdarlıq

Posted by on January 25, 2008  |  Comments Off

Hörmətli Box.az istifadəçiləri,

Serverimizdə aparılan proqram və aparat təminatı yenilənməsi ilə əlaqədar olaraq xidmətimiz müvəqqəti olaraq dayandırılmışdır.Yenilənmə işləri gün ərzində davam edəcək və təxmini tamamlanma işləri saat 23.00 (25.01.2008) üçün yekunlaşmalıdır. Bu zaman ərzində daxil olan məktublar qəbul edilir. Narahatçılığa görə üzr istəyirik.

Yeniliyə doğru bir addım

Filed Under: Elanlar