Archive for 2009

Spam və Spama Qarşı Mübarizə

Posted by on December 9, 2009  |  24 Comments

imageviewer.aspxSon illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil etmişdir[1]. Box.az da istisna deyil. Bu bloq yazısında Box.az-dakı spamlara və onları əngəlləmək üçün görülən tədbirlərə nəzər salacayıq.

Ümumiyyətlə Box.az-a gələn spamları 2 qrupa bölmək olar: xariciyerli spamlar.

Tags:, ,

Filed Under: Xəbərlər

Box.az Poçtundan İstifadə

Posted by on November 22, 2009  |  Comments Off

Dizayn və İnterfeys

Müasir Web 2.0 üslubunda tərtib edilmiş elektron poçtuzun xarici görünüşü istifadədə rahatlığı və sürəti təmin edir. Yeni tərtibat hər bir gərəksiz qrafik və animasiya elementlərindən azad olduğu üçün siz vaxtınıza qənaət edirsiniz.

Tags:, , , , ,

Filed Under: Sənədlər

Əlavələri yükləmək üçün yeni alət

Posted by on November 1, 2009  |  39 Comments

Çox zaman məktub göndərərkən ona şəkil, video və ya başqa sənədlər əlavə edirik. Əlavə olunan faylın ölçüsü 1MB-dan böyük olduqda bu bir qədər vaxt ala bilər. Bu faylı yükləyən adamda sual yaranır ki “mənim faylımın nə qədəri yüklənib, nə qədəri qalıb?“,  “bəlkə heç fayl yüklənmir, bağlantıda problem var?“. Bu problem zəif, dial-up bağlantılarında daha da aktualdır.

Bunu nəzərə alaraq biz Box.az-a yeni yükləmə alətini əlavə etdik. Bu alət vasitəsilə siz nəyinki yükləmə prosesinə nəzarət edə bilərsiniz, həmçinin eyni zamanda birdən çox fayl seçə bilərsiniz!

Tags:,

Filed Under: Xəbərlər

Box.az çatına smayliklar və başqa yeni funksiyalar əlavə olundu.

Posted by on October 6, 2009  |  5 Comments

smayliklarBox.az çatına bir sıra əlavələr etdik. Ən əhəmiyyətlisi smaylikların əlavə olunmasıdır. Sağ tərəfdəki şəkildə hal-hazırda çatda istifadə edilə biləcək simvol kombinasiyaları və onlara uyğun smayliklar göstərilib.

Həmçinin çata göndərdiyiniz linklər artıq avtomatik olaraq tanınacaq və üzərinə basılan zaman yeni pəncərədə açılacaq.

Son olaraq çat sisteminə avtomatik qoşulmağı əlavə etdik. İnternet bağlantısından və ya başqa problemlərdən dolayı çat bağlantısı qopduğu zaman sistem avtomatik olaraq 5 saniyə sonra qoşulmağa cəhd göstərəcək.

Ümid edirik ki, bütün bunlar sizin çat söhbətlərinizi daha da emosiyalı və rahat edəcək.  ;)

Tags:, ,

Filed Under: Xəbərlər

Box.az Çat xidmətinin təqdimatı!

Posted by on September 14, 2009  |  Comments Off

feat_chat

Çox hörmətli Box.az istifadəçiləri, Box.az sizə yeni Çat xidmətini təqdim edir!

Məktub vasitəsilə əlaqə saxlamaq asandır, lakin biz inanırıq ki bu kifayət deyil. Dostlarınızla daha yaxın ünsiyyətdə olmaq üçün onların hal-hazırda onlayn (xəttdə) olub-olmadığını bilmək və ani mesaj gəndərib-almaq imkanına malik olmaq tələb olunur.

Məhz buna görə Box.az istifadəçilərinə bu imkanları özündə cəmləşdirən Çatı xidmətini əlavə etdi. Çat sistemi haqda ətraflı məlumatla (dostları necə əlavə etmək, çata necə başlamaq, və s.) burada tanış ola bilərsiniz: http://blog.box.az/docs/chat/

Dərhal dostlarınızı çata dəvət edib, onlarla söhbətə başlaya bilərsiniz.

Filed Under: Xəbərlər

Box.az-ı twitterdə izləyin

Posted by on September 11, 2009  |  1 Comment

twitter

İndi Box.az-ı twitterdə də izləyə bilərsiniz:

http://twitter.com/boxaz

Əgər siz Box.az haqqında tvitterdə yazırsınızsa, o zaman tvitə #boxaz əlavə edin. Beləliklə tvitterdə “boxaz” açar sözü axtarıldıqda sizin tvitləriniz də görsənəcək.

Əlavə olaraq, bloqumuzdakı xəbərləri soldakı işarəyə başaraq re-tweet edə bilərsiniz.

Uğurlu tvitlər!

Tags:,

Filed Under: Xəbərlər

Box.az-ın 9 yaşı tamam oldu

Posted by on August 8, 2009  |  7 Comments

Yaşımızın üstünə bir yaş da gəldi. Azərbaycan internet məkanında ən yaşlı internet saytlarından biri olmağımıza baxmayaraq, həmişə yeniliklərlə gənc və müasir qalmaq üçün çalışırıq.

Elə ona görə də istədim keçən 1 il ərzində görülən əsas islərin hesabatını təqdim edim:

  1. Yeni interfeys əsas oldu və ehtiyat üçün Sadə interfeys əlavə olundu (əlavə məlumat üçün http://blog.box.az/2009/07/kohne-yeni-ve-sade-interfeys/). 2000-ci ildən fəaliyyət göstərən Köhnə interfeys təmamilə ləğv olundu.
  2. Artan tələbatın qarşısında server arxitekturamızda köklü dəyişikliklər edildi.
  3. Köhnə 2 ədəd server, 5 ədəd yeni server ilə əvəz olundu.
  4. Yuxarıdakı dəyişikliklər xidmətin fəaliyyətdə olan müddəti artirmağa imkan yaratdı. Son 3 aydın ortalama statistikasına görə xidmətdə 99.9% aktivlik müşahidə olunub (yəni 3 ayda cəmi 0.1% vaxt işləməyib).
  5. Beynəlxalq internet kanalının genişliyi 2 dəfə artırıldı.

Bütün bu infrastruktur dəyişiklikləri bizə gələcəkdə yeni xidmətləri sürətlə həyata keçirmək imkanını yaradır. Odur ki, yenililəri gözləyin…

Tags:

Filed Under: Xəbərlər

Bloqda canlanma

Posted by on July 14, 2009  |  4 Comments

Bloqumuz işə düşdüyü gündən çalışmışıq əsas xəbərlər haqda məlumat verək. Lakin fikrimcə bu yetərli deyil. İstifadəçilərimizlə daha da sıx ünsiyyətdə olmaq üçün blog.box.az -ı daha tez-tez yeniləyəcəyik.

İstərdik ki istifadəçilərimiz də bizimlə daha sız əlaqədə olsunlar və yazılarımızı şərh etsinlər. Çalışacayıq şərhləri cavablandıraq və maraqlı müzakirələr açaq.

Əgər bloq-da olmayan hər-hansı məsələ sizi maraqlandırırsa o zaman sadəcə support@box.az ünvanına yazın. Növbəti yazılarımızda sizi maraqlandıran məsələləri işıqlandırmağa çalışarıq.

Tags:

Filed Under: Xəbərlər

Köhnə, Yeni, və Sadə İnterfeys

Posted by on July 9, 2009  |  Comments Off

Yarandığı ilk gündən Box.az artıq “köhnə” adlandırdığımız interfeys vasitəsilə istifadəçilərə xidmət edirdi. Bu interfeys çox sadə HTML-dən ibarət idi. Bir çox istifadəçimizi də məhz bu sadəlik cəlb edirdi. Lakin hər şey kimi internet texnologiyaları da inkişaf edir…

Filed Under: Sənədlər

Yeni Box.az: Yeniliklər və Üstünlüklər

Posted by on May 20, 2009  |  Comments Off

Bir neçə aydır üzərində işlədiyimiz yeni Box.az 2.0 artıq sizin istifadənizə hazırdır. Dəyişiklər və üstünlüklər nələrdir?

Filed Under: Sənədlər