Yeni Box.az: Yeniliklər və Üstünlüklər
May 20, 2009
Mündəricat
[ gizlət ]
Bir neçə aydır üzərində işlədiyimiz yeni Box.az 2.0 artıq sizin istifadənizə hazırdır. Dəyişiklər və üstünlüklər nələrdir?
Yeni Dizayn və İnterfeys
Web 2.0 dizayn üslubunda tərtib edilmiş poçt qutunuzun xarici və daxili görünüşü istifadədə rahatlığı və sürəti təmin edir. Yeni tərtibat hər bir gərəksiz qrafik və animasiya elementlərindən azad olduğu üçün siz vaxtınıza qənaət edirsiniz.

Profayl Şəkli
Şəklinizi profaylınıza əlavə edin və məktubunuzu qəbul edən şəxs məktubun başlığında şəkilinizi görəcək! Bunun üçün profaylınıza şəkil əlavə etmək kifayətdir.
Mövzular!
Yeni mövzular sayəsində poçt qutunuzun rəngini və stilini zövqünüzə görə dəyişə biləcəksiniz.
AJAX və Yeni İmkanlar
AJAX texnologiyalarının tədbiqi sayəsində elektron poçtla istifadə dəfərələ rahatlaşdırılmışdır. Yeni məktub yazmaq, məktub qəbul etmək və ünvan kitabçasına yeni ünvan daxil edib dəyişiklər aparmaq qısa zaman müddətində bütün səhifə yenilənmədən həyata keçirilir. Bu AJAX texnologiyasının üstünlüklərinin sadəcə bir nümunəsidir.
Avto Tamamlanma
Məktub göndərdiyiniz zaman, məktubu qəbul edən şəxsin elektron ünvanını sadəcə bir dəfə yazın və məktubunuzu göndərin. Göndərilən ünvanlar avtomatik olaraq yaddaşda saxlanılır. Yeni məktub yazıldığınızda sadəcə ilk bir və ya bir neçə hərfi yazmaq kifayət edir ki yadda saxlanılan uyğyn ünvanlar göstərilsin.
Yeni Ünvan Kitabçası
AJAX texnologiyası üzərində qurulan yeni və funskional ünvan kitabçası sayəsində rahatlıqla yeni ünvanlar əlavə edib onları dəyişdirə bilərsiniz. Yeni ünvan kitabçası əlavə edilən şəxs barədə geniş məlumat daxil etmə və şəxsin şəklini əlavə etmə imkanını verir.
Göndərilən Əlavələrin Həcmi
Göndərilən məktublara əlavə edilən faylların həcm limiti 10MB-a kimi artırıldı. Yeni Box.az vasitəsi ilə istənilən mediya faylı – şəkillərinizi, video fayllarınızı və sənədlərinizi rahatlıqla göndərə biləcəksiniz.
Bölmə: Sənədlər


