Box.az Çat xidmətinin təqdimatı!
Posted by rustam on September 14, 2009 | Comments Off

Çox hörmətli Box.az istifadəçiləri, Box.az sizə yeni Çat xidmətini təqdim edir!
Məktub vasitəsilə əlaqə saxlamaq asandır, lakin biz inanırıq ki bu kifayət deyil. Dostlarınızla daha yaxın ünsiyyətdə olmaq üçün onların hal-hazırda onlayn (xəttdə) olub-olmadığını bilmək və ani mesaj gəndərib-almaq imkanına malik olmaq tələb olunur.
Məhz buna görə Box.az istifadəçilərinə bu imkanları özündə cəmləşdirən Çatı xidmətini əlavə etdi. Çat sistemi haqda ətraflı məlumatla (dostları necə əlavə etmək, çata necə başlamaq, və s.) burada tanış ola bilərsiniz: http://blog.box.az/docs/chat/
Dərhal dostlarınızı çata dəvət edib, onlarla söhbətə başlaya bilərsiniz.
Filed Under: Xəbərlər



