Göndərilən məktublarda yaranmış problem haqda
Posted by rustam on December 19, 2010 | 4 Comments
Keçən həftə ərzində bəzilərimiz məktub göndərərkən aşağıdakı problemlə üzləşmişik:
- Məktub göndərildikdən sonra Məktub Çatdırma Xidmətindən səhvlə əlaqəli məktub qayıdır.
- Göndərilənlər qovluğunda məktubun Kimə göndərildiyi haqda məlumat olmur.
Bu problemlə rastlaşanlarda təbii olaraq sual yaranır – məktubum çatdırıldımı? Bildirmək istərdik ki, bu problemə baxmayaraq göndərdiyiniz bütün məktublar ünvanına çatdırılmışdır.
12 Dekabrda etdiyimiz bəzi dəyişikliklər nəticəsində “Kimə” başlığı göndərildikdə məktuba əlavə edilmirdi. Hazırda problem aradan qaldırılmışdır.
Gələcəkdə bu cür problemlərin yaranmaması üçün tədbirlər görüləcəkdir.
Filed Under: Elanlar


Tezliklə, daha dəqiq 9 Avqust 2010, Bakı vaxtilə saat 12:00-da Azərbaycanın ilk ani mesaj (çat) proqramı işıq üzü görəcək! Proqramı
Bir çox hallarda tanımadığınız və ya virtual olaraq (internetdən) tanıdığınız bir şəxsdən məktub aldığınız zaman bu şəxs haqda ətraflı məlumat almaq istəyirsiniz. Eyni zamanda da sizə məktubu göndərən və ya çata əlavə edən şəxs özü haqda məlumatı sizinlə paylaşmaq istəyir.
Son iki həftə ərzində biz Box.az-ı Delta Telecom-un yeni məlumat mərkəzinə (data centre) köçürməklə məşğul idik. Bu köçürülmə qısa fasilələrlə müşahidə olunsa da, gələcəkdə xidmətimizi daha da mükəmməlləşdirmək üçün bu zəruri addımı atdıq.
Box.az istifadəçiləri artıq yalnız öz aralarında deyil, həmçinin Google və Yandex-dakı dostları ilə də çatlaşa biləcəklər.