Archive for February, 2010

Google və Yandex-dakı dostlarınızla çatlaşın

Posted by on February 7, 2010  |  13 Comments

Yandex və Google ilə çatBox.az istifadəçiləri artıq yalnız öz aralarında deyil, həmçinin Google və Yandex-dakı dostları ilə də çatlaşa biləcəklər.

Box.az Çatı genişlənərək digər çat xidmətləri ilə əlaqə yaratmağa başladı. Bunlardan ilk ikisi rusiyanın ən böyük portallarından olan Yandex və dünyanın nəhənglərindən olan Google oldu.

Əgər sizin əlaqə qurmaq istədiyiniz şəxs Google Talk/Gmail və ya Yandex Online-dan istifadə edirsə, sadəcə onun poçt ünvanını “Çata dəvət et” qutusuna daxil edib onunla çatlaşmaq istədiyinizi bildirin. Həmin şəxsin poçt ünvanı müvafiq olaraq @gmail.com, @googlemail.com, @ya.ru, və ya @yandex.ru sunluqlarından biri ilə bitməlidir. Bundan sonra siz həmin şəxslə adi qaydada çatlaşa biləcəksiniz.

Filed Under: Xəbərlər