Archive for March, 2011

Novruz bayramınız mübarək!

Posted by on March 21, 2011  |  73 Comments

Novruz bayramı münasibətilə bütün istfadəçilərimiz və xalqımızı təbrik edirik!

Novruz ab-havası hər yerdə hiss edilir. Biz də bu ab-havanı kompüterinizə yükləmək üçün aşağıdakı divar kağızını hazırladıq :)

Böyük ölçülü (1900 x 1200) divar kağızını buradan endriə bilərsiniz (və ya sadəcə şəkilin uzərinə basın):

Tags:

Filed Under: Elanlar

Box.az-ın Mobil versiyası yeniləndi

Posted by on March 21, 2011  |  21 Comments

Uzun müddətdir ki mobil versiyada dəyişikliklər etmidrik. Vaxtı gəlib çatdı.

Yeniliklər arasında:

  • Azərbaycan və Rus dillərinə tərcumə (bir çox telefonlarda şrift problemi olduğundan bunu etmirdik, lakin yeni modellərdə bu problem yoxdur)
  • Sosial şəbəkə bildirişləri ayrı qovluqda göstərilir.
  • Cavab yazarkıb orijinal məktubdan bir hissə göstərilir
  • Yeniləşdirilmiş ünvan kitabçası
  • Məktubların sadə mətn formatında göstərilməsi (daha sürətli yüklənib, daha az trafik istifadə etməsi üçün biz HTML məktublarını da mətnə çeviririk)
  • Yeni rahat dizayn və naviqasiya alətləri

Onu da qeyd edək ki, toxunmalı ekranı olan telefonlar üçün optimallaşdırılmış (iPhone, Android, və s.) xüsusi mobil versiya üzərində işlərimiz davam edir və bir neçə ay içində işıq üzü görəcək.

Mobil versiyadan istifadə etmək üçün m.box.az ünvanına telefonunuzdan daxil olun.

 

Qeyd: Bəzi istifadəçilərimiz Samsung telefonlarının bəzi modellərində problemin olduğunu bildirmişlər. Hal-hazırda bunu araşdırırıq. Əgər sizdə də mobil versiyada daxil olmaqda problem varsa bizə bildirin.

Filed Under: Xəbərlər

Apple iPhone üçün Box.az Chat

Posted by on March 19, 2011  |  Comments Off

Box.az Chatını Apple iPhone smartfonlarında bir neçə proqram vasitəsilə istifadə etmək bilərsiniz. Burada biz onlardan birinin qurulmağını göstərəcəyik.

iPhone üçün IMO.im çat proqramını şeçdik. Apple AppStore-da proqram haqda ətraflı məlumat ala bilərsiniz: http://itunes.apple.com/us/app/imo-instant-messenger/id336435697?mt=8

Proqramı telefonunuza qurmaq üçün əvvəlcə AppStore açıb orada “imo” axtarın. Aşağıdakı kimi nəticələr görünəcək. Onların içində “imo.im” seçib “Install” düyməsinə basaraq qurun.

Qurulduqdan sonra IMO.im çatı sizin proqramlarınızın siyahısında görünəcək. Onu açıb “Add an Account” ekranında Box.az hesabınızı əlavə edə bilərsiniz. Burada sizə müxtəlif çat proqramları protokolları təqdim olunacaq. Box.az Chat-ı üçün Jabber protokolunu (lampa işarəsi, aşağıda göstərildiyi kimi) seçin.

Box.az hesabınızı və parolunuzu aşağıda göstərildiyi kimi daxil edib “Sign in to Jabber” düyməsinə basın. Proqram dərhal qoşulacaq və sizin dostlarınızın siyahısını göstərəcəkdir:

 

Bu siyahıdan onlayn olan dostunuzu seçərək onunla söhbət etməyə başlaya bilərsiniz:

Proqram pulsuzdur.

Filed Under: Sənədlər

Android smartfonlarında Box.az Chat

Posted by on March 19, 2011  |  3 Comments

Box.az Chatını Android smartfonlarında istifadə etmək üçün bir neçə proqram mövcuddur. Burada biz onlardan birini qurulmağını göstərəcəyik.

Android üçün IM+ çat proqramını şeçdik. Android Marketdə proqram haqda ətraflı məlumat ala bilərsiniz: https://market.android.com/details?id=de.shapeservices.impluslite

Proqramı telefonunuza qurmaq üçün əvvəlcə Android Marketi açıb orada “im+” axtarın. Aşağıdakı kimi nəticələr görünəcək:

Filed Under: Sənədlər