Archive for October, 2011

Azərbaycanda Spam Marketinqi

Posted by on October 31, 2011  |  3 Comments

İki il əvvəl biz Box.az-da yerli və xarici spamlarla mübarizə metodlarımız haqda yazmışdıq. Üstündən bir xeyli müddət keçib və bu mövzuya təkrar toxunmağa ehtuyac duyuruq; çünki bəzi yerli şirkətlər hələ də spama ehtiyac duyur, spam ilə email marketinqini eyni bilir. Yerli şirkətlərə keçməzdən əvvəl xaricdəki vəziyyətə baxaq:

Məşhur təhlükəsizlik şirkəti Symantec spam haqda hesabatında bildirir ki, dünyada məktubların 74.2%-ni spam təşkil edib. Bunu bizim öz statistikamız da təsdiq edir, Box.az-a gələn məktubların 70-75%-i spamdır.

Bu qədər böyük həcmi görəndə qeyri-ixtiyari sual yaranır: Bu qədər spamı kim göndərir və nə məqsədlə?

Symantecin həmin hesabatında bu suala da cavab var:

Symantec Spam Intelligence 2011

Beləliklə, gördüyümüz kimi xaricdə spam tipli reklamı yalnız və yalnız saxta, keyfiyyətsiz və ya qeyri-qanuni xidmət və məhsullar üçün istifadə edirlər.

İndi isə Box.az-a gələn yerli spamlara, yəni yerli şirkətlər tərəfindən göndərilən spamlara nəzər salaq:

Siyahını davam etdirmək də olar, lakin bizim əsas məqsədimiz spamların növlərini araşdırmaqdır. Əyləncə saytlarını çıxsaq, yerdə qalan saytların bir çoxu müstəri qazanmaq istəyən ciddi şirkərlərdir. Problem də məhz burdadır – Azərbaycanda bir çox şirkət spamı normal bir marketinq aləti hesab edir. Həmçinin bizim müşahidələrimiz göstərir ki, yerli spamın həcmi hər il artır.

O zaman, nə üçün yerli şirkətlər bu cür “marketinqə” üz tuturlar?

Biz hesab edirik ki, bir çox hallarda şirkət/sayt sahibləri ucuz qiymətə aldanır. ILKO.az, Nowmail.az, Sot.az və bir neçə digər yerli spam şirkətləri 100-300 manata 1.000.000-a qədər istifadəçiyə məktub göndərir. Bu şirkətlər özlərini internet marketinq şirkətləri adlandırsalar da, əsas işləri spamdır.

Beləliklə, biz yerli şirkətlərin sahiblərinə və marketinq menecerlərinə səslənirik: 100-200 manat qarşılığında yüz minlərlə müstəri əldə edəcəyiniz vədlərə aldanmayın. Spam, email marketinqi deyil. Əgər spam effektiv marketinq aləti olsaydı bunu dünyanın qabaqcıl şirkətləri də istifadə edərdi. Ola bilsin ki, göndərdiyiniz spamın qısamüddətli faydasını görəsiniz, məsələn saytınızın ziyarətçiləri artsın. Lakin sizin şirkəti spam vasitəsilə tanıyan istifadəçilərin ağlında siz həmişəlik ucuz bir brend kimi yadda qalacaqsınız və potensial müştərilərinizdən məhrum olacaqsınız.

PS: Spam göndərən, lakin yuxarıdakı siyahıda adı sadalanmayan şirkətlərdən əvvəlcədən üzr istəyirik – bizə bildirsəniz adınızı məmnuniyyətlə əlavə edərik.

Filed Under: Xəbərlər

Məktubların saxlanması üçün yeni sistemə keçid

Posted by on October 25, 2011  |  4 Comments

Bir ilə yaxındır ki biz məktubların saxlanması üçün yeni sistem (mail storage system) üzərində işləyirdik. Nəhayət bu sistem hazırdır və biz istifadəçilərimizi tədricən yeni sistemə keçirməyə başlamışıq. Hazırda bir neçə min istifadəçi bu sistemə keçirilmişdir.

Yeni sistemin əvvəlkindən fərqi nədir?

İlk növbədə sürət və böyümək imkanı. Box.az-da hal-hazırda yüz minlərlə hesab və on milyonlarla məktub saxlanılmaqdadır. Məktubları saxladığımız əvvəlki sistem bu böyük həcmlər üçün hesablanmayıb və bu səbəbdən sürətdə yavaşlamalar müşahidə edilməkdədir.

Xüsusilə məktubların silinməsi və yeni məktubların göndərilməsi kimi əməliyyatlarda sürət fərqi hissediləcək qədərdir.

Yeni sistem mənim poçtuma necə təsir edəcək?

İstifadəçilər üçün demək olar ki heç bir fərq olmayacaq (təbii ki sürət xaric), keçid dövrü tam şəffafdır və xidmətdə fasilələr olmamalıdır. İnterfeysdə demək olar ki çox cuzi fərqlər var. Misal üçün sizin hesabınız yeni sistemə keçirildikdə, poçt qutunuzun interfeysində “səhifələr” düymələri sağ tərəfdə göstəriləcək:

Əgər sizin hesabınız yeni sistemə keçirildikdən sonra siz hər hansı problemlə rastlaşmısınızsa o zaman bizə bildirin – support@box.az ünvanına yazmaqla və ya sadəcə aşağıda şərh qoymaqla.

Filed Under: Elanlar