Box.az Hesabınızı Telefon və Kompüter Proqramlarına Qoşun

July 14, 2013

Boxaz-Mail-Client

Box.az hesabınızı artıq istədiyiniz proqrama və istədiyiniz cihaza qoşub, məktub alıb-göndərə bilərsiniz.

Bunun üçün sadəcə istifadə etdiyiniz proqrama mövcud Box.az hesabınızı və müvafiq POP3 və SMTP serverlərinin ünvanlarını daxil etmək kifayətdir.

Əgər siz aşağıda göstərilən smartfon və ya tablet istifadə edirsinizsə, sadəcə aşağıdakı keçidi seçərək hesabınızın əlavə edilməsi üçün lazın olan addımları təkrarlayın:

Digər növ mobil telefonlar və kompüter proqramları üçün sadəcə aşağıdakı məlumatı istifadə edin:

Məktubların alınması üçün:

Protokol: POP3 (SSL)
Server ünvanı: pop.box.az
Port: 995
İstifadəçi adı formatı: Tam email (misal-ucun@box.az)

 

Məktubların göndərilməsi üçün:

Protokol: SMTP (SSL)
Server ünvanı: smtp.box.az
Port: 587
İstifadəçi adı formatı: Tam email (misal-ucun@box.az)

 

Ətraflı məlumat üçün həmçinin bu keçiddəki məlumat ilə tanış olun: Smartfon, tablet və desktoplardan məktub alıb-göndərmək (POP3, SMTP)

Qeyd: POP3 vasitəsilə 08 İyul tarixindən etibarən Gələnlər qovluğunda olan məktubları endirmək mümkündür.

Bölmə: Elanlar, Xəbərlər

Şərh etmə bağıanıb.