Məktubların saxlanması üçün yeni sistemə keçid

October 25, 2011

Bir ilə yaxındır ki biz məktubların saxlanması üçün yeni sistem (mail storage system) üzərində işləyirdik. Nəhayət bu sistem hazırdır və biz istifadəçilərimizi tədricən yeni sistemə keçirməyə başlamışıq. Hazırda bir neçə min istifadəçi bu sistemə keçirilmişdir.

Yeni sistemin əvvəlkindən fərqi nədir?

İlk növbədə sürət və böyümək imkanı. Box.az-da hal-hazırda yüz minlərlə hesab və on milyonlarla məktub saxlanılmaqdadır. Məktubları saxladığımız əvvəlki sistem bu böyük həcmlər üçün hesablanmayıb və bu səbəbdən sürətdə yavaşlamalar müşahidə edilməkdədir.

Xüsusilə məktubların silinməsi və yeni məktubların göndərilməsi kimi əməliyyatlarda sürət fərqi hissediləcək qədərdir.

Yeni sistem mənim poçtuma necə təsir edəcək?

İstifadəçilər üçün demək olar ki heç bir fərq olmayacaq (təbii ki sürət xaric), keçid dövrü tam şəffafdır və xidmətdə fasilələr olmamalıdır. İnterfeysdə demək olar ki çox cuzi fərqlər var. Misal üçün sizin hesabınız yeni sistemə keçirildikdə, poçt qutunuzun interfeysində “səhifələr” düymələri sağ tərəfdə göstəriləcək:

Əgər sizin hesabınız yeni sistemə keçirildikdən sonra siz hər hansı problemlə rastlaşmısınızsa o zaman bizə bildirin – support@box.az ünvanına yazmaqla və ya sadəcə aşağıda şərh qoymaqla.

Bölmə: Elanlar

Şərhlər (4)

 

  1. ziyad says:

    men nece bile bilerem ki bu sistemdeyem?

    • rustam says:

      Əgər məktubların yuxarısındakı alətlər paneli şəkildəki kimidirsə (məktub sayı və səhifələr üzrə naviqasiya sağ tərəfdədirsə), deməli siz yeni sistemdəsiniz.

      • turkan says:

        men mektub göndərə bilmirəm, yazır ki, siz 1 GB. limitinizi bitirmisiniz. bes indi men neynim? məktub göndərməyin limiti olur???????? 1 GB. limiti istifadə etdikdən sonra bu ünvanı daha istifadə edə bilmərəm?????????

  2. Venera says:

    Bu yeni sistemde sadece sehifenin gorunuwu deyiwib?biz istifadecilere faydasi nedir?axi bir nece gundurki mektub gondermekde cetinlewib.tekraren yazilirki yeniden yukle.yada dolu qovlugu acmaq isteyende yazilir qovluqda mektub yoxdur.bu hal son gunler teztez olur.bunu duzeltmek ucun ne ede bilerem?