Author Archive

Azərbaycanda ən çox istifadə edilən email xidmətləri

Posted by on February 2, 2011  |  4 Comments

Weboxu.com İT xəbər saytı Azərbaycanın müxtəlif saytlarının istifadəçi bazasını analiz edib bunun əsasında Azərbaycanda ən çox istifadə edilən elektron mail xidmətlərini müəyyən etmişdir.

Araşdırmanın nəticələrinə görə Box.az-dan istifadə edən internet istifadəçilərinin sayı təqribən 13% təşkil edir və Box.az Azərbaycanın ikinci ən cox istifadə edilən poçt xidmətidir. Birinci yerdə təqribən 53% -lə mail.ru xidməti liderliyini davam etdirir.

Məqalərnin tam mətnilə burada tanış ola bilərsiniz: http://weboxu.com/blog/analysis/1052.html

Box.az-ın bu siyahıda birinci olmağı üçün əvvəlki illərdə olduğu kimi bu il də bir çox əlavələr edəcəyik. Bunlar arasında:

  1. Mobil və desktop email proqramlarından məktubları yoxlama imkanı (POP3/IMAP)
  2. Məktubları axtarış sistemi
  3. Yeni mobil versiya

Təbii ki bunlarla yanaşı görünən və görünməyən bir çox dəyişikliklər üzərində də daim işlər gedir.

Ümid edirik ki, bütün bunlardan sonra birincilik bizdə olacaq. Bütün istifadəçilərimizə təşəkkür edirik!

Filed Under: Bizdən yazırlar

Göndərilən məktublarda yaranmış problem haqda

Posted by on December 19, 2010  |  4 Comments

Keçən həftə ərzində bəzilərimiz məktub göndərərkən aşağıdakı problemlə üzləşmişik:

  1. Məktub göndərildikdən sonra Məktub Çatdırma Xidmətindən səhvlə əlaqəli məktub qayıdır.
  2. Göndərilənlər qovluğunda məktubun Kimə göndərildiyi haqda məlumat olmur.

Bu problemlə rastlaşanlarda təbii olaraq sual yaranır – məktubum çatdırıldımı? Bildirmək istərdik ki, bu problemə baxmayaraq göndərdiyiniz bütün məktublar ünvanına çatdırılmışdır.

12 Dekabrda etdiyimiz bəzi dəyişikliklər nəticəsində “Kimə” başlığı göndərildikdə məktuba əlavə edilmirdi. Hazırda problem aradan qaldırılmışdır.

Gələcəkdə bu cür problemlərin yaranmaması üçün tədbirlər görüləcəkdir.

Filed Under: Elanlar

Bildirişlər Qovluğu və Sosial Şəbəkələr

Posted by on December 5, 2010  |  122 Comments

Sosial şəbəkələr (Facebook, Odnoklassniki, Vkontakte və s.) getdikcə populyarlaşmaqdadır və bir çox Box.az istifadəçisi bu sosial şəbəkələrə üzvdür.

Social şəbəkələrin əsas xüsusiyyətlərindən biri də şəbəkənizdə baş verən hər bir şey haqda sizə bildiriş məktubu göndərməkdir. Məsələn dostunuz sizin şəkilinizi bəyəndi, sizin şərhinizə cavab verildi, və s., və i.a.

Nəticədə sizin poçt qutunuz bu sosial şəbəkə bildirişləri ilə dolur, normal məktubları bildirişlər arasında tapmaq getdikcə çətinləşir, poçt qutusu yararsız hala gəlir.

Aktiv sosial şəbəkə istifadəçiləri gündə yüzlərlə bildiriş alırlar. Nəticədə onların poçt qutusunda 10.000-dən çox bildiriş məktubları yığılır ki bu da poçt qutusunun dolmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, bildirişlər sadəcə gəldiyi an əhəmiyyət daşıyır. Məsələn kiminsə sizin şəklinizi bəyənməyi bildikdən sonra o məktubun heç bir əhəmiyyəti qalmır və silinə bilər. Lakin bir çox istifadəçilər bunları silmədən poçt qutusunda saxlayır.

Bildirişlər Qovluğu

Bütün bunları nəzərə alaraq biz yeni “Bildirişlər” virtual qovluğunu əlavə etdik.

Nəticədə sosial şəbəkələrdən gələn bildirişlər avtomatik olaraq sizin “Gələnlər” qovluğunuzdan arıdılaraq xüsusi “Bildirişlər” qovluğuna toplanılır. Beləliklə sizin “Gələnlər” qovluğunuzda normal məktublar, “Bildirişlər” qovluğunda isə sosial şəbəkə bildirişləri toplanılır.

Filed Under: Sənədlər

İstifadəçi Statusu

Posted by on September 1, 2010  |  Comments Off

Statusunuz, sizin  həmsöhbətinizlə (dostlarınızla) çat etmə imkanını müəyyənləşdirir. Statusunuzun qarşısındakı hər bir işarə və rəng ayrı məna verir, beləki:

Onlayn (Yaşıl) - Siz xətdəsiniz və çat etməyə hazırsınız.

Kənarda (Narıncı) – Siz kompüterin qarşısında deyilsiniz və çat etmək imkanınız yoxdur.

Məşğul (Qırmızı) – Bu status, həmsöhbətlərinizə sizin məşğul olduğunuzu və narahat edilmək istəmədiyinizi bildirir.

Görünməz (Boz) – Bu statusu seçdikdə kontakt listinizdə olan istifadəçilər sizin onlayn olduğunuzu bilməyəcəklər.

Bağlanmayıb (Boz) – Siz çatda deyilsiniz və çatdan istifadə mümkün deyil.

Siz həmçinin öz şəxsi qısa status mesajınızıda müəyyən edə bilərsiniz. Bunun üçün statusun qarşısındakı boş sahədə istədiyiniz mesajı yazıb enter düyməsini basmaq kifayətdir. Statusu silmək üçün mesajı seçib delete düyməsini basmaq lazımdır.

Filed Under: Sənədlər

Box.az Chat – Yardım Başlıqları

Posted by on August 9, 2010  |  Comments Off

Çat xidmətinin imkanları haqda ətraflı öyrənmək üçün aşağıdakılardan birini seçin:

Hesaba daxil olmaq üçün çat proqramını açıb, istifadəçi adı sahəsində mövcud istifadəçi adınızı qeyd edib parolu daxil edib proqramdan istifadəyə başlaya bilərsiniz.


İstifadəçilərimiz tərəfindən mütəmadi verilən suallara cavalar aşağıdadır:

  1. Box.az Chat proqramı avtomatik olaraq məktubları yoxlayır? – Hal-hazırda bu funksiya çat proqramında mövcud deyil. Lakin, bunun üzərində işlər aparılır və yeni versiyalardan birində əlavə edilməsi nəzərdə tutulub.
  2. Şəkil və başqa faylları necə göndərə bilərəm? – Faylların göndərilməsi imkanı növbəti versiyalarda nəzərdə tutulub və hazırda mövcud deyil.

Filed Under: Sənədlər

Box.az Chat kompüterinizdə – Tezliklə

Posted by on July 26, 2010  |  22 Comments

Tezliklə, daha dəqiq 9 Avqust 2010, Bakı vaxtilə saat 12:00-da Azərbaycanın ilk ani mesaj (çat) proqramı işıq üzü görəcək! Proqramı http://chat.box.az/ ünvanından endirə bilərsiniz. Çat proqramı tam Azərbaycan dilində olacaq və Box.az ilə sıx inteqrasiya olunacaq.

Hazırda isə biz son testləri həyata keçirib dəqiqələri sayırıq…

Onu da qeyd edək ki bizim üçün bu əhəmiyyətli hadisə Box.az-ın 10 illiyinə təsadüf edib (8 Avqust 2000).

Filed Under: Elanlar

Kim? – Yeni Xidmət!

Posted by on June 12, 2010  |  99 Comments

Bir çox hallarda tanımadığınız və ya virtual olaraq (internetdən) tanıdığınız bir şəxsdən məktub aldığınız zaman bu şəxs haqda ətraflı məlumat almaq istəyirsiniz. Eyni zamanda da sizə məktubu göndərən və ya çata əlavə edən şəxs özü haqda məlumatı sizinlə paylaşmaq istəyir.

Bunu daha da asanlaşdırmaq üçün biz Kim? profillərin paylaşma xidmətini əlavə etdik!

Profil səhifəsinin nümunəsini görmək üçün bura keçin: http://box.az/kim/kamile87

Filed Under: Elanlar, Sənədlər

Box.az Yeni Məlumat Mərkəzinə Köçürüldü

Posted by on June 6, 2010  |  16 Comments

Son iki həftə ərzində biz Box.az-ı Delta Telecom-un yeni məlumat mərkəzinə (data centre) köçürməklə məşğul idik. Bu köçürülmə qısa fasilələrlə müşahidə olunsa da, gələcəkdə xidmətimizi daha da mükəmməlləşdirmək üçün bu zəruri addımı atdıq.

Yeni məlumat mərkəzindəki imkanlar sayəsində aşağıdakılar mümkün olmuşdur:

  • İnternetə çıxış kanalının genişləndirilməsi
  • Azərbaycan istifadəçiləri üçün daha sürətli giriş
  • Daha stabil və güvənli xidmət

İstifadəçilərimiz üçün bu səhifələrin daha sürətli açılması, əlavələrin sürətli yüklənməsi və endirilməsi deməkdir.

Göstərdikləri xidmət və əməkdaşlığa görə Delta Telecom şirkətinə də öz təşəkkürümüzü bildiririk. Delta Telecom haqda əlavə məlumat üçün http://www.delta-telecom.net/

Filed Under: Xəbərlər

Xəbərdarlıq – Xidmətdə Fasilə (27 May)

Posted by on May 25, 2010  |  96 Comments

YENİLƏNMƏ 22:50 - Şərhlərdə bir çoxunuzun yeniliklərlə bağlı sullarınızı cavablamaq istərdik – bu failə Box.az-ın yeni Delta Telecom data mərkəzinə köçməsi ilə əlaqədardir. Saytın özündə yeniliklər olmasa da bu bizim böyüməmiz üçün yeni imkanlar açacaq.

YENİLƏNMƏ 21:05 – İşlər gözlədiyimizdən biraz uzun çəkdi və 20:15-də tamamlandı. Lakin dəyişikliklər bəzi provayderlərə hələ də çatmadığına görə onlarda Box.az-a girişlə problem yaranıb. Bu bir neçə saat ərzində avtomatik olaraq həll edilməlidir.

YENİLƏNMƏ 16:40 – Texniki səbəblərdən işlərə 16:40-da başladıq. İşlər saat 20:00-a qədər davam dəcək. Gedişatı haqda xəbərdar edəcəyik.

—-

Hörmətli Box.az istifadəçiləri,

Xidmətimizdə aparılan müəyyən dəyişikliklər ilə əlaqədar olaraq 27 May, 14:00 – 18:00 saatları arasında xidmətimizdə fasilələr müşahidə ediləcəkdir. Hər zaman olduğu kimi, bu zaman ərzində daxil olan məktublar qəbul ediləcəkdir.

Təəssüf olsun ki, bizdən aslı olmayan səbəblərdən dolayı bu dəyişiklikləri gecə saatlarında aparmaq mümkün olmayıb.

Narahatçılığa görə üzr istəyirik.

Filed Under: Elanlar

Unudulmuş parolların bərpası mexanizmi yeniləndi

Posted by on May 3, 2010  |  17 Comments

Parolun unudularaq və ya başqa bir səbəbdən itirilməsi heç də nadir hallardan deyil. Misal üçün tez-tez rast gəlinən hallardan biri – parolumuzu dəyişirik, növbəti girişdə isə yeni parol yada düşmür! Bu cür hallarda istifadəçilərimizin yardımına parolun bərpası sistemi gəlir.

Lakin parolunuzu bərpa etmə üsulundan təkcə siz deyil, sizin hesabınızı ələ keçirmək istəyən başqa şəxslər də ola bilər. Məhz buna görə, istifadəçilərimizin xidmətdən daha əminliklə istifadə etmələri üçün biz parolun bərpa sistemini yenilədik, onu daha etibarlı və təhlükəsiz etdik.

Filed Under: Sənədlər

« Older Entries   Newer Entries »