Box.az 08.08.08 8 il!
Posted by rustam on August 13, 2008 | Comments Off
Daha bir yaş böyüdük. 08.08.08 tarixində Box.az öz 8 yaşına qədəm qoydu. Əsası qoyulduğu tarixdən indiyənə kimi daimə yeniləşmələr həyata keçirən box.az, söz verdiyimiz yeniliklərin bəzilərini istifadənizə təqdim etdi.
ötən 1 il ərzində dizayn və struktur yenilikləri sayəsində istifadəçilərimiz daha böyük həcmli poçt qutusuna sahib olublar. Təkmilləşdirilmiş ünvan kitabçası, yeni AJAX texnologiyası ilə yaradılan intuitiv interfeys, göndərilən məktub əlavələrinin həcminin artırılması bu yeniliklərdən sadəcə bir neçəsidir.
Əldə olunan statistik məlumatıara görə Box.az Cənub Qafqaz regionunda ən çox istifadəçi sayısına sahib olan lokal elektron poçt xidməti göstərən resurs olaraq liderliyini qoruyub saxlamaqdadır.
Hal-hazırda həyata keçirilən yeniliklərlə kifayətlənməyib bir sıra yeni xidmətlər üzərində işləyirik.Ümüdvarıq ki, yaxın zamanlarda tamamlayacağımız layihə bütün istifadəçilərimizin çoxdan gözlədiyi bir yenilik olacaqdır! Bir daha bütün istifadəçilərimizə bizim xidməti seçdikləri üçün təşəkkürümüzü bildiririk. Ad günümüz mübarək olsun deyirik;)
P.S. Box.az olaraq ad günümüzü bizimlə bərabər qeyd edən Aznetin bir sıra öndə gedən veb resurs təmsilçilərinə öz minnətdarlığımızı bildirmək istərdik.
SSL adlı xüsusi kriptoloji texnologiya sayəsində poçt qutunuza daxil olmanı daha təhlükəsizl edərək parolunuzun kənar şəxslər tərəfindən aşkarlanmasının qarşısını alır.
Mart ayının sonundan istifadəçilərimizə təqdim etdiyimiz yeni Box.az 2.0 beta versiyasında mövcud bir sıra proqram səhvləri aradan qaldırıldıqdan sonra yeni versiyanı bütövlükdə olaraq xidmətimizin daimi ünvanı olan box.az ünvanına köçürmüşük. Yeni versiyada bir sıra kiçik səhvlərinin ola biləcəyini guman edərək, istifadədə rahatlığı təmin etmək üçün bir neçə il xidmətinizdə olan klassik versiyanıda istifadənizə açıq saxlayırıq.Yeni versiyanın istifadəsi zamanı qarşılaşdığınız hər hansı bir problemi support@box.az ünvanına yazıb bizə bildirməyinizi xahiş edirik.



