Azərbaycanda ən çox istifadə edilən email xidmətləri
Posted by rustam on February 2, 2011 | 4 Comments
Weboxu.com İT xəbər saytı Azərbaycanın müxtəlif saytlarının istifadəçi bazasını analiz edib bunun əsasında Azərbaycanda ən çox istifadə edilən elektron mail xidmətlərini müəyyən etmişdir.
Araşdırmanın nəticələrinə görə Box.az-dan istifadə edən internet istifadəçilərinin sayı təqribən 13% təşkil edir və Box.az Azərbaycanın ikinci ən cox istifadə edilən poçt xidmətidir. Birinci yerdə təqribən 53% -lə mail.ru xidməti liderliyini davam etdirir.
Məqalərnin tam mətnilə burada tanış ola bilərsiniz: http://weboxu.com/blog/analysis/1052.html
Box.az-ın bu siyahıda birinci olmağı üçün əvvəlki illərdə olduğu kimi bu il də bir çox əlavələr edəcəyik. Bunlar arasında:
- Mobil və desktop email proqramlarından məktubları yoxlama imkanı (POP3/IMAP)
- Məktubları axtarış sistemi
- Yeni mobil versiya
Təbii ki bunlarla yanaşı görünən və görünməyən bir çox dəyişikliklər üzərində də daim işlər gedir.
Ümid edirik ki, bütün bunlardan sonra birincilik bizdə olacaq. Bütün istifadəçilərimizə təşəkkür edirik!
Filed Under: Bizdən yazırlar