Bildirişlər Qovluğu və Sosial Şəbəkələr

December 5, 2010

Sosial şəbəkələr (Facebook, Odnoklassniki, Vkontakte və s.) getdikcə populyarlaşmaqdadır və bir çox Box.az istifadəçisi bu sosial şəbəkələrə üzvdür.

Social şəbəkələrin əsas xüsusiyyətlərindən biri də şəbəkənizdə baş verən hər bir şey haqda sizə bildiriş məktubu göndərməkdir. Məsələn dostunuz sizin şəkilinizi bəyəndi, sizin şərhinizə cavab verildi, və s., və i.a.

Nəticədə sizin poçt qutunuz bu sosial şəbəkə bildirişləri ilə dolur, normal məktubları bildirişlər arasında tapmaq getdikcə çətinləşir, poçt qutusu yararsız hala gəlir.

Aktiv sosial şəbəkə istifadəçiləri gündə yüzlərlə bildiriş alırlar. Nəticədə onların poçt qutusunda 10.000-dən çox bildiriş məktubları yığılır ki bu da poçt qutusunun dolmasına gətirib çıxarır.

Onu da qeyd edək ki, bildirişlər sadəcə gəldiyi an əhəmiyyət daşıyır. Məsələn kiminsə sizin şəklinizi bəyənməyi bildikdən sonra o məktubun heç bir əhəmiyyəti qalmır və silinə bilər. Lakin bir çox istifadəçilər bunları silmədən poçt qutusunda saxlayır.

Bildirişlər Qovluğu

Bütün bunları nəzərə alaraq biz yeni “Bildirişlər” virtual qovluğunu əlavə etdik.

Nəticədə sosial şəbəkələrdən gələn bildirişlər avtomatik olaraq sizin “Gələnlər” qovluğunuzdan arıdılaraq xüsusi “Bildirişlər” qovluğuna toplanılır. Beləliklə sizin “Gələnlər” qovluğunuzda normal məktublar, “Bildirişlər” qovluğunda isə sosial şəbəkə bildirişləri toplanılır.

Hal-hazırda aşağıdakı sosial şəbəkələrdən gələn bildirişlər dəstəklənir:

  • Facebook
  • Odnoklassniki
  • Vkontakte
  • Twitter
  • LinkedIn
  • Flickr
  • YouTube

Yuxarıdakı şəbəkələr populyarlıqları əsasında seçilmişdir. Lakin əgər sizin istifadə etdiyiniz başqa şəbəkələr varsa və onların bu siyahıya əlavə edilməsini istəyirsinizsə o zaman aşağıdakı şərhlərdə bizə bildirin.

Bildirişlərin Silinməsi

“Bildirişlər” qovluğu həmçinin bildirişlərin silinməsini də rahatlaşdırır. Yuxarıdakı şəkildən göründüyü kimi, “Bildirişlər” qovluğuna daxil olduqdan sonra “Boşalt” düyməsini seçməklə siz bütün sosial şəbəkə bildirişlərinizi bir kliklə silə silərsiniz.

Bildirişlərin Söndürülməsi

Əgər siz sosial şəbəkə saytını tez-tez ziyarət edirsinizsə və yeniliklərdən birbaşa saytdan xəbər alırsınızsa o zaman bildirişlərin söndürmək yaxşı fikir ola bilər. Beləliklə siz poçt qutunuzun sizə maraqlı olmayan bildirişlərdən azad etmiş olarsınız.

Facebook Bildirişlərinin Söndürülməsi

Facebookdan daxil olan bildirişlərin istəyinizə görə tam və ya qismən söndürə bilərsiniz. Bunun üçün:

  1. Facebookda hesabınıza daxil olun
  2. Yuxarı sağ küncdə yerləşən “Hesab” (“Account”) menyusundan “Hesab Tənzimləmələri” (“Account Settings”) alt menyunu seçin
  3. Açılan səhifədən “Bildirişlər” (“Notifications”) bölməsini seçin
  4. Bildirişlər səhifəsində istədiyiniz növ bildirişləri söndürüb, aşağıdakı “Saxla” (“Save Changes”) düyməsini seçin.

Odnoklassniki Bildirişlərinin Söndürülməsi

Odnaklassnikidə də bildirişləri istəyinizə uyğun olaraq tənzimləyə bilərsiniz. Bunun üçün:

  1. Odnoklassniki hesabınıza daxil olun
  2. “Изменить настройки” menyusuna keçin
  3. Açılan səhifədən “Уведомления на эл.почту” menyusuna daxil olun.
  4. Çıxan pəncərədən istədiyiniz növ bildirişləri söndürün.

Bölmə: Sənədlər

Şərhlər (122)

 

  1. ruhengiz says:

    cooox saq olun

  2. Ayxan says:

    men box.az-i sevirem

  3. piwik says:

    her weu superdiiiiiiiiiiii

  4. Sanka Zever says:

    men box azi sevirem cox bonba saytdir yeri var az adam var duzdur vaxt olacak adam elinden dayanmakda olmayacak indi heleki tam taninmir amma ki menim bir gun coxx yaxsi taninacak

  5. wahine says:

    saytin sadeliyi cox xowuma gelir.mene cox rahatdir.ugurlar size

  6. lili says:

    salamlar.bu adresde hansisa adresi tapmaq olur? hara yazib axtara bilerem.mene komek edin

  7. ulya says:

    yeni uzv oldm oyrendm.deyerli melumatlara gore twk.

  8. Mika says:

    Salam.Cox sade ol ve istifadede olduqca rahat saytdir coooox beyenirem. Istifadede sizinde pewman olmayacaghiniza eminem.