Android smartfonlarında Box.az Chat
March 19, 2011
Box.az Chatını Android smartfonlarında istifadə etmək üçün bir neçə proqram mövcuddur. Burada biz onlardan birini qurulmağını göstərəcəyik.
Android üçün IM+ çat proqramını şeçdik. Android Marketdə proqram haqda ətraflı məlumat ala bilərsiniz: https://market.android.com/details?id=de.shapeservices.impluslite
Proqramı telefonunuza qurmaq üçün əvvəlcə Android Marketi açıb orada “im+” axtarın. Aşağıdakı kimi nəticələr görünəcək:
Qurulduqdan sonra IM+ çatı sizin proqramlarınızın siyahısında görünəcək. Onu açıb “Add Account” düyməsinə basaraq Box.az hesabınızı əlavə edə bilərsiniz. Burada sizə müxtəlif çat proqramları protokolları təqdim olunacaq. Box.az Chat-ı üçün Jabber protokolunu seçin:
Növbəti ekranda Box.az hesabınızı və parolunuzu aşağıda göstərildiyi kimi daxil edib “Save and Connect” düyməsinə basın. Proqram dərhal qoşulacaq və sizin dostlarınızın siyahısını göstərəcəkdir:
Bu siyahıdan onlayn olan dostunuzu seçərək onunla söhbət etməyə başlaya bilərsiniz.
Əgər bu çat proqramı sizin zövqünüzcə deyilsə, alternativ olaraq bu proqramı da sınaya bilərsiniz: https://market.android.com/details?id=com.imo.android.imoim
Hər iki proqram pulsuzdur.
Bölmə: Sənədlər







salam
[...] Android [...]
bəyəndim çox yaxşıdır