BlackBerry smartfonlarında Box.az Chat

February 21, 2011

Bir neçə ay əvvəl biz kompüterinizə yükləmək üçün Box.az Chat (http://chat.box.az/)proqramını təqdim etmişdik. Lakin günümüzdə bir çoxumuzun internetə mobil telefonumuzdan girməyimizi nəzərə alsaq, çat proqramının telefonda olmasını mühüm hesab edə bilərik. Buna görə biz mobil telefonlar üçün Box.az Chat proqramını qurmaq haqda silsilə yazılar yazmağı planlayırıq.

İlk olaraq BlackBerry smartfonlarından Box.az Chat-a girmək üçün addımları diqqətinizə çatdırırıq:

1. Telefonunuzda BlackBerry App World proqramını açıb “implus” adlı proqramı axtarın. Tapılan nəticələr siyahısında “IMPlus Lite” proqramını seçin və qurun. Proqram pulsuzdur.

Əgər sizdə BlackBerry App World proqramı yoxdursa o zaman aşağıdakı keçiddən və ya yuxarıdakı QR kodu kamera vasitəsilə oxudaraq telefonunuza endirə bilərsiniz:

https://appworld.blackberry.com/webstore/content/6911

2. Proqramı yüklədikdən sonra onu proqramlar siyahısından açın. Ekrana gələn ilk menyuda “Jabber” protokolunu seçin. (Box.az Chatı standart Jabber/XMPP protokolu vasitəsilə işləyir).

3. Açılan pəncərədə sadəcə aşağıdakıları daxil edin və “Save” düyməsini seçin.

Login: Box.az hesabınızı (tam email ünvanını) bu sahəyə daxil edin, məsələn misal-ucun@box.az

Password: Box.az heabıbızın parolunu bu sahədə daxil edin

4. Nəhayət bu addımlardan sonra proqram sizin Box.az Chat hesabınıza qoşularaq dostlarınızın siyahısını göstərəcək.

Beləliklə artıq siz dostlarınızla hər yerdə ünsiyyətdə ola biləcəksiniz.

BlackBerry istifadəçisi deyilsiniz? O zaman növbəti yazımızda Box.az Chatı hansı telefon/smartfonda görmək istədiyinizi aşağıdakı şərhlərdə bildirin.

Qeyd: BlackBerry App World hazırda yalnız Azercell tərəfindən rəsmi dəstəklənir.

Bölmə: Sənədlər

Şərhlər (9)

 

  1. Ayaz says:

    Box.az messenger-in nə səviyyədə təbii bir iş olduğu məlum oldu.

  2. Rafael says:

    Bes dost elave etmek mümkündür ? Men box.az Messenger-de yeni oldugum üçün dostalrim yoxdu …

  3. Aerobuta says:

    Əla uğurlarınıza sevinirəm

  4. Elcin says:

    iphonelar ucunde olsa ela olardi

  5. aygul says:

    menim telefonum ondandir.Ela oldu bele olmagi

  6. EYYUB_ANS says:

    salam her kese beyenilsin eladi ammma……..

  7. ferqane says:

    salam EYYUB_ANS-IN FANATISIZ