Apple iPhone üçün Box.az Chat

March 19, 2011

Box.az Chatını Apple iPhone smartfonlarında bir neçə proqram vasitəsilə istifadə etmək bilərsiniz. Burada biz onlardan birinin qurulmağını göstərəcəyik.

iPhone üçün IMO.im çat proqramını şeçdik. Apple AppStore-da proqram haqda ətraflı məlumat ala bilərsiniz: http://itunes.apple.com/us/app/imo-instant-messenger/id336435697?mt=8

Proqramı telefonunuza qurmaq üçün əvvəlcə AppStore açıb orada “imo” axtarın. Aşağıdakı kimi nəticələr görünəcək. Onların içində “imo.im” seçib “Install” düyməsinə basaraq qurun.

Qurulduqdan sonra IMO.im çatı sizin proqramlarınızın siyahısında görünəcək. Onu açıb “Add an Account” ekranında Box.az hesabınızı əlavə edə bilərsiniz. Burada sizə müxtəlif çat proqramları protokolları təqdim olunacaq. Box.az Chat-ı üçün Jabber protokolunu (lampa işarəsi, aşağıda göstərildiyi kimi) seçin.

Box.az hesabınızı və parolunuzu aşağıda göstərildiyi kimi daxil edib “Sign in to Jabber” düyməsinə basın. Proqram dərhal qoşulacaq və sizin dostlarınızın siyahısını göstərəcəkdir:

 

Bu siyahıdan onlayn olan dostunuzu seçərək onunla söhbət etməyə başlaya bilərsiniz:

Proqram pulsuzdur.

Bölmə: Sənədlər

Şərh etmə bağıanıb.