Kontaktın silinməsi və bloklanması
October 18, 2010
Kontaktlar siyahısında olan istifadəçini silmək üçün kontaktı seçib siçanın (mouse) sağ düyməsini basaraq açılan menyudan “Sil…” əmrini seçmək lazımdır.
Qeyd edək ki, silinmiş kontaktın (şəxsin) sizinlə gələcəkdə yenidən ünsiyyət qurmaq imkanı var. Məsələn o sizi yenidən əlavə edib, sizə mesaj göndərə bilər. Əgər siz həmin şəxsin sizə gələcəkdə heç bir mesaj/dəvət göndərməyini istəmirsinizsə o zaman onu bloklamanız lazımdır.
Kontaktlar siyahısında olan istifadəçini bloklamaq üçün aşağıdakı üsullardan birindən istiafadə edə bilərsiniz:
- Bloklamaq istədiyiniz istifadəçini seçib üzərinə siçanın (mouse) sağ düyməsini basaraq açılan menyudan “Blokla…” əmrindən istifadə etməklə;
- Söhbət pəncərəsinin yuxarı sağ küncüdnəki “Blokla..” düyməsini basıb əmri təsdiqləməklə yerinə yetirə bilərsiniz.
Bölmə: Sənədlər
