Çat mesajlarının yadda saxlanılması və silinməsi
October 18, 2010
Box.az çat proqramında yazışma zamanı mesajlarınız avtomatik olaraq kompüterinizdə saxlanılır. Əvvəlki yazışmaları nəzərdən keçirmək üçün:
- Kontaktlar siyahısında olan istifadəçinin üzərinə siçanın (mouse) sağ düyməsini basıb açılan menyudan “Əvvəlki mesajlar” əməliyyatını seçin;
- Söhbət pəncərəsinin yuxarı sağ hissəsində yerləşən “Əvvəlki mesajlar” düyməsini basın.
Yaddaşda saxlanılan mesajları silmək üçün mesaj pəncərəsinin aşağı sol küncündə yerləşən “Mesajları sil” düyməsini basıb əmri təsdiqləmək lazımdır.
Qeyd: Mesajlar yalnız proqramdan istifadə etdiyiniz kompüterin yaddaşında saxlanılır.
Bölmə: Sənədlər
