Yeni kontaktın əlavə edilməsi
October 18, 2010
Çata başlamadan öncə ilk növbədə həmsöhbətinizi kontakt siyahınıza əlavə etməlisiniz. Bunun üçün proqramın yuxarı sol küncündə yerləşən “Əlavə et” düyməsinə basaraq açılan pəncərədə çat emtək istədiyiniz şəxsin email ünvanını yazıb “Əlavə et” düyməsini seçin.
Əlavə etdiyiniz istifadəçiyə avtomatik olaraq dəvət göndərilir. Qarşı tərəf dəvəti qəbul etdikdən sonra siz onun statusunu (onlayn, məşgul və s.) öz kontaktlar siyahısında görə biləcəksiniz. Əgər qarşı tərəf dəvəti rədd edərsə o zaman onun statusu həmişə bağlanmamış (offlayn) kimi görünəcək və mesajlar ona çatmayacaqdır.
Bölmə: Sənədlər
