Box.az Çat
September 13, 2009
“Çat Box.az” Nədir?
Məktub vasitəsilə əlaqə saxlamaq asandır. Lakin bir sıra hallarda bu kifayət deyil. Dostlarınızla daha yaxın ünsiyyətdə olmaq üçün onların onlayn (xəttdə) olub-olmadığını öyrənmək və ani mesaj gəndərə bilməyə ehtiyac var. Bizim çatımızın da əsas məqsədi də məhz budur.
Çat xidməti elektron poçtunuza daxil olduğunuz an avtomatik olaraq aktivləşir və dostlarınız sizin onlayn olduğunuzu görür. Həmin an “Çat və Ünvanlar” alt menüsunda ünvanlarınız və onların hazırkı statusu görünür (sağdakı şəkildə göstərildiyi kimi). Çat xidməti sizə tez-tez irtibatda olduğunuz dostlarınıza məktub yazmaqdan əlaqə saxlamaq imkanı yaradır və çat üçün əlavə proqram yükləməkdən azad edir.
Çatdan Necə İstifadə Etməli?
Hesabınıza daxil olduqdan sonra çat və ünvanlar menüsunun altında dost və tanışlarınızın adını və statusunu görə biləcəksiniz. Kontaktların qarşısında yaşıl və qırmızı rəngli dairə istifadəçinin hal-hazırda online olduğunu bildirir. Həmin istifadəçi ilə dərhal çata başlaya bilərsiniz. Bunun üçün istifadəçinin adının üzərinə basmaq lazımdır, açılan kiçik pəncərədə yazışa bilərsiniz.
Yuxarıdakı şəkildə əlaqə saxladığınız zaman açılan çat pəncərələri göstərilib. Sizə mesaj göndərildikkə bu cür pəncərə avtomatik olaraq açılır. Siz eyni anda bir neçə dostunuzla bir neçə pəncərədə yazışa bilərsiniz. Çatı bitirdiyiniz zaman yuxarı-sol küncdəki [X] işarəsini seçərək pəncərəni bağlaya bilərsiniz.
Qeyd edək ki, çat pəncərəsi açıq olduğu zaman siz emailinizdan normal istifadə edə – məktubları oxuyub, yeni məktublar göndərə bilərsiniz. Bunun üçün çat pəncərəsini bağlamaq tələb olunmur.
Dostları çata necə əlavə edim?
Əgər danışmaq istədiyiniz adam çat siyahısında yoxdursa onda onu ünvanlarınıza əlavə edə və ya çata dəvət edə bilərsiniz. Çata dəvət etmək üçün “Çat və Ünanlar” bölümündə “Çata dəvət et” düyməsini basın və əlavə etmək istədiyiniz adamın elektron poçt ünvanını daxil edin (Qeyd: hal-hazırda yalnız Box.az ünvanları əlavə edilir). Ünvan kitabçasına əlavə etdiyiniz Box.az istifadəçisi də avtomatik olaraq sizin çat siyahısına əlavə ediləcək (aşağıdakı şəkildə göstərildiyi kimi).
Muvafiq olaraq, hər-hansı bir tanışı ünvan kitabçasından sildiyiniz zaman, o avtomatik olaraq çat siyahısından da silinir.
Mənim Statusum
Hesaba daxil olduqdan sonra sizin statusunuz avtomatik olaraq online olacaq. Bu sizə və digər istifadəçilərə sizinlə çatlaşmaq imkanı verir. Hesabınızda olduğunuz müddətçə statusunuz dəyişmir. İstəyinizə uyğun olaraq statusunuzu “məşğul“, “kənarda“, “görünməz” və ya ümumiyyətlə çat xidmətini söndürə bilərsiniz. İlk üç halda siz digər online olan olan istifadəçilərlə çatlaşa biləcəksiniz, “görünməz” statusunda isə sizin online olmağınız digər istifadəçilərə göstərilməyəcək.
Çat xidmətini “bağlanmayıb” halına keçirərək söndürə bilərsiniz. Bu halda siz heç bir istifadəçi ilə çat ünsiyyətdə ola bilməyəcəksiniz. Buna baxmayaraq, siz onlayn olmadıqda sizə göndərilən bütün mesajlar Box.az-da saxlanılır və siz onlayn olduğunuz an sizə çatdırılır.
Smayliklar
Box.az çatında hisslərinizi daha aydın ifadə etmək üçün smayliklar da göndərə bilərsiniz. Sağ tərəfdəki şəkildə hal-hazırda çatda mövcud olan smayliklar və onlara uyğun simvol kombinasiyaları göstərilib.
Həmsöhbətinizə bu smaylikları göndərmək üçün sadəcə simvol kombinasiyasını çat pəncərəsinə daxil edib göndərin. Göndərildikdən sonra həm sizin pəncərədə həm də sizin həmsöhbətinizin çat pəncərəsində bu smaylik şəklində görünəcək.
Qeydlər
Çat sistemi yalnız Yeni interfeysdə işləyir. Sadə interfeys istifadəçiləri çatdan istifadə etmək üçün Yeni Box.az-a keçməlidirlər.

Tags:chat, instant messenger
Bölmə: Sənədlər
[…] Box.az Çat […]
Salam, burada siz məqalə ilə əlaqəli şərhlərinizi yaza bilərsiniz. Çat üçün zəhmət olmasa emailinizə daxil olun. Məqalə ilə əlaqəli olmayan şərhlər silinəcək.
Wow! Necədə gözlənilməz yenilik!
Bu hadisədən sonra @BOX.az developerlərinə hörmətim iki-qat artdı. Uşaqlar, siz həqiqətən təəcübləndirməyi və yenilik gətirməyi bacarırsınız. Ən əsas iş ondadır ki, xəbəri çox əla (zövqlü – belə demək olarsa…) gətirirsiniz. Skrinlər, işarələr, ətraflı anlatmalar… Bu əlbəttə ki, işinizi sevdiyinizdən irəli gəlir. Yerinizdə dayanmayın bu cür inkişaf edin!
@BOX.az Developerlərinə, uğurlar və çox gözlənilməz yeniliyə görə təşəkkür! Digərlərini bilmirəm, ancaq mənim üçün çox faydalı olacaq
Təşəkkür!
salam chatda eyer adla ve ya mekteble vasitesile oz dost tanislarini tapmaq mumkun olsa daha yaxsi olar
Chata gire bilmirem mene komek edindeee bele yazilir:
Çat və Ünvanlar funksiyası sadə Box.az-da mövcud deyil. Bunun üçün yeni Box.az-dan istifadə edin.
Chat and Addresses functionality is unavailable in basic Box.az. Please use new Box.az.
Komek edindeeeeeeeeeee
Çata yalnız yeni Box.az vasitəsilə daxil ola bilərsiniz. Sizin göstərdiyiniz xəbərdarlıq sadə versiyada olur.
Yeni versiyaya keçmək üçün daxil olduqdan sonra yuxarıdakı “Yeni” keçidinə basın vəya http://box.az/yeni ünvanını daxil edin. Yeni Box.az-ın yüklənməsini bir qədər gözləyin…
salamlar men bu cati basa dusmedim xais edirem basa dusen ler yazsin
Salamlar Ramazan bayraminiz mubarek.Bes bu proqram oz komputerlerimizde olmaycaq? Hardan yuklemek lazimdir?
Salam Tural,
Sizin, bütün Box.az istifadəçilərinin, və ümumiyyətlə müsəlmanların Ramazan bayramı mübarək olsun.
Hal-hazırda çat yalnız veb şəklindədir. Yəni, Box.az-a daxil olarkən avtomatik brouzerdə yüklənir. Bunun üçün kompüterinizə heç bir əlavə proqram yükləmək tələb olunmur. Gələcəkdə ola bilsin ki əlavə çat proqramı da hazırladıq.
Uf mende yeni box.az acilmir ne edim
Barbie,
Açılmaya bilməz. Daha diqqətli yoxlayın.
Bayramınız mübarək.
Birdəki mən onlayn ünvanlarda özümdən başqa heç kimi tapa bilmirəm axıııı
salams…prosta super…yenilikler bele davam etsin…ama daniwmaga dost yoxdu
birde bu ximetden tolka box.az email istifadecileri istifade ede bilermiw
Bayramınızda mübarək. Əla layihədi, hələki box.az-da elə çox dostum yoxdu çat-daşım, ama bu çat layihəsindən sonra əminəmki istifadəçilərin sayı artacaqdır. Uğurlar!
bu chat eladi.amma diyesen chox istifadechiler bilmirler
salam cox shad oldum.bunu yaradana thanks…
deymos seni gozdurem burda;-)))
Super lahiyedir. Destekleyirem.
Yeri gelmishken burda ozume Dost tapsam lap ela olardi.:)))
Hamiya Ugurlar.
YAXWIDI ISTIFADE ELEMEY OLAR STANDART BUTUN MAILLERDE VAR AMA BU ASANDDI AAAA
cat sehifesini de aca bilsem yaxwi olar aaa oz aramizdi hmmmm
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Chatin olmagi gozel oldu.Tesekkurler…
Men oz doslarimi cata devet etmek isteyirem amma alinmir.ne edim?
Box.az istifadəçilərini dəvət etdərkən onlar avtomatik sizin çat sihayısına əlavə olunur. Əgər istifadəçi Box.az-da qeydiyyatdan keçməyibsə, o zaman ona email vasitəsilə sizin adınızdan Box.az-a dəvətnamə göndərilir.
CAT COX YAXWIDI UJE SINAGDAN KECIRTDIM AMA POLNU EKRAN OLMUR NE ZNAYU PACEMU PAMAGITE MNE
Təəssüf ki, hal-hazırda çat pəncərəsinin olçüsünü dəyişmək olmur. İstəyinizi nəzərə alarıq. Çalışarıq növbəti versiyalarda böyütmək imkanını əlavə edək.
Həqiqətəndə box.az azərbaycanın yeganə əvəzolunmaz mail portalıdır
cox superdi
Əla.Həmdə lap əla.
Salamlar…
men cat yaratmisam,cata devet de almisam ancaq istifade ede bilmirem,komek edin de
tewekkurleeeeeeeeeeer
UGURLAR
men poçt qutuma girə bilmirəm, rica edirem kömek edəsiniz
hər-hansı bir problemlə əlaqəli support@box.az ünvanına müraciət edə bilərsiniz
COX SEVINDIM CALISACAM BUUN DOSTLARIMI BURA CELB ELIYIM
ELA YAXSI FIKIRLESMIOSIZ UGURLAR INSA;LAH YAXSI DOTLUQLAR BAS TUTAR B URDA AMINNNNNNNN DEMEYEN DILER QURUSUN