Köhnə, Yeni, və Sadə İnterfeys

July 9, 2009

Yarandığı ilk gündən Box.az artıq “köhnə” adlandırdığımız interfeys vasitəsilə istifadəçilərə xidmət edirdi. Bu interfeys çox sadə HTML-dən ibarət idi. Bir çox istifadəçimizi də məhz bu sadəlik cəlb edirdi. Lakin hər şey kimi internet texnologiyaları da inkişaf edir…

Bu sadə interfeys saytın dimanikliyini azaldırdı və yeniliklər etməyə əngəl olurdu. Bunu dəyişdirmək üçün 2007-ci ildə biz “yeni” adlandırdığımız interfeys üzərində işləməyə başladıq. Nəticədə təkcə interfeysi deyil, ümümiyyətlə Box.az-ın bir çox komponentini dəyişdik. Məsələn, proqramlaşdırma dili olaraq Perl əvəzinə PHP-dən istifadə etməyə başladıq.

2008-ci ildən yeni interfeys istifadəçilərə açıq idi lakin köhnə intefeys hələ də əsas interfeys kimi istifadə olunurdu. 25 Aprel 2009 tarixindən etibarən Box.az köhnə interfeysdan tam olaraq yeniyə keçdi. Yeni interfeys işə düşdükdən dərhal sonra bir necə problemin olduğunu gördük (məsələn bəzi istifadəçilər məktubları oxuya bilmirdilər). Bu porblemləri ən qıssa zamanda həll etməyə çalışdıq. Hal-hazırda yeni interfeyslə bağlı bizə məlum olan ciddi bir problem yoxdur.

Yeni interfeysin bəzi üstünlükləri haqda əvvəlki yazılarımızda yazmışdıq (http://blog.box.az/2009/05/yeni-boxaz-yenilikler-ve-ustunlukler/) və gələcək yazılarımızda da məlumat verəcəyik. Ümumiyyətlə AJAX texnologiyası əsasında qurulmuş interfeysin əsas üstünlüyü sürətdir, çünki səhifələr əzəvinə (köhnədə olduğu kimi) sadəcə səhifədəki məzmun yenilənir.

Lakin, AJAX texnologiyasın mənfi cəhətləri də var. Məsələn internet sürəti zəif olan istifadəçilər problemlə üzləşə bilər. Məsələ ondadır ki bu texnologiyadan istifadə edə bilmək üçün istifadəçinin kompüterinə ilk dəfə (yalnız bir dəfə) çəkisi 200Kb çox olan JavaScript faylları yüklənir. Zəif bağlantıda bu faylların yüklənməsi bir qədər vaxt ala bilər və ya heç yüklənməyə də bilər. Nəticədə istifadəçi poçt qutusuna girməktə əziyyət çəkir.

Bu problemi aradan qaldırmağın 2 üsulu var:

  1. CTRL-F5 düyməsinə basaraq brouzerə “yenidən yüklə” əmrini vermək. Bu zaman JavaScript faylları yenidən yüklənməyə başlayır.
  2. Birinci üsul kömək teməzsə, “Sadə” Box.az-dan istifadə etmək.

“Sadə” Box.az internet bağlantısında problem yaşayan, zəif internet bağlantısı olan və ya köhnə brouzerlərdən istifadə edən istifadəçilər üçün nəzərdə tutulub. Sadə intefeys AJAX-dan istifadə etmir və əvvəlcədən heç bir fayl yükləmir.

Sadə interfeysin başqa bir məqsədi də var – Yeni Box.az-ın dəstəkləmədiyi, köhnə brouzerlərdən girişi təmin etmək. Yeni Box.az yalnız aşağıdakı və daha yeni versiyaları dəstəkləyir. Bütün əvvəlki versiyalar üçün Sadə intefeysdən istifadə edilməlidir.

  • Internet Explorer 6+
  • FireFox 1.5+ (PC, Mac)
  • Safari 3+
  • Opera 9+ (PC, Mac)
  • Chrome 1+

Sadə Box.az-ın imkanları da məhduddur. Məsələn hal-hazırda ünvan kitabçası, mövzular, və s. imkanları yoxdur. Bunun səbəbi odur ki, sadə box.az yalnız ekstimal hallarda istifadə üçün nəzərdə tutlub.

Sadə interfeysə birbaşa daxil olmaq üçün http://box.az/sade ünvanını daxil edin. Müvafiq olaraq http://box.az/yeni ünvanı sizi yeni interfeysə götürəcək. Nəzərdə tutun ki, Box.az avtomatik olaraq sizin son dəfə istifadə etdiyiniz interfeysi yaddaşda saxlayır və növbəti girişdə həmin interfeysə sizi yönləndirir.

Bölmə: Sənədlər

Şərh etmə bağıanıb.