Box.az Poçtundan İstifadə

November 22, 2009


Dizayn və İnterfeys

Müasir Web 2.0 üslubunda tərtib edilmiş elektron poçtuzun xarici görünüşü istifadədə rahatlığı və sürəti təmin edir. Yeni tərtibat hər bir gərəksiz qrafik və animasiya elementlərindən azad olduğu üçün siz vaxtınıza qənaət edirsiniz.


Profil Şəkli

Şəklinizi profilinizə əlavə edin və məktubunuzu qəbul edən şəxs məktubun başlığında şəkilinizi görəcək! Profilinizə şəkilinizi yükləmək üçün aşağıdakı addımları təkrarlayın:

  1. Sol tərəfdəki menyudan “Profil” seçin
  2. Şəklin altındakı “Şəkli dəyiş” düyməsini basın
  3. Açılan pəncədərə “Browse…” düyməsinə basıb şəklinizi seçin
  4. Yüklə” düyməsinə basın
  5. Şəkil yükləndikdən sonra profildə saxlamaq üçün “Saxla” düyməsinə basın

Qeyd edək ki, yüklədiyiniz şəkil JPEG, GIF və ya PNG formatında olmalıdır və 2MB-dan artıq olmamalıdır. Şəkil yükləndikdən sonra sizdən məktub alan Box.az istifadəçiləri sizin şəklinizi görəcək.

Siz hər zaman şəklinizi yuxarıdakı addımları təkrarlayaraq dəyişə bilərsiniz.

Mövzular!

Mövzular sayəsində poçt qutunuzun rəngini və stilini zövqünüzə görə dəyişə biləcəksiniz. Bunun üçün sol menyudakı “Xüsusiyyətlər” bölməsinə daxil olun və “Mövzu” qutusunda istədiyiniz mövzunu seçin.


Avto Tamamlanma

Məktub göndərdiyiniz zaman, məktubu qəbul edən şəxsin elektron ünvanını sadəcə bir dəfə yazın və məktubunuzu göndərin. Göndərilən ünvanlar avtomatik olaraq yaddaşda saxlanılır. Yeni məktub yazıldığınızda sadəcə ilk bir və ya bir neçə hərfi yazmaq kifayət edir ki yadda saxlanılan uyğyn ünvanlar göstərilsin.

Ünvan Kitabçası

AJAX texnologiyası üzərində qurulan yeni və funskional ünvan kitabçası sayəsində rahatlıqla yeni ünvanlar əlavə edib onları dəyişdirə bilərsiniz. Yeni ünvan kitabçası əlavə edilən şəxs barədə geniş məlumat daxil etmə və şəxsin şəklini əlavə etmə imkanını verir.

Box.az çatı ünvan kitabçası ilə sıx inteqrasiya olunub. Misal üçün ünvan kitabçanıza əlavə etdiyiniz adamlar avtomatik olaraq sizin çatınıza da əlavə olunur, silinən ünvanlar da çatdan silinir. Həmçinin siz ünvan kitabçanızda kimlərin online olduğunu görə bilərsiniz.

Çat haqda ətraflı məlumat üçün bura daxil olun: http://blog.box.az/docs/chat/

Məktuba Faylların Əlavə Edilməsi

Məktubunuza müxtəlif fayllar əlavə etmək üçün Box.az sizə rahat alət təklif edir. Bu alət istifadəçilərə iri həcmli şəkilləri, mahnıları və sənədləri əlavə edərkən yükləmə prosesini izləmək və idarə etmək imkanı verir. Aşağıdakı şəkildə bunun nümunəsi göstərilmişdir:

dialog2

Yükləmə aləti haqda geniş məlumatı buradan ala bilərsiniz: http://blog.box.az/news/yeni-yukleme-aleti/. Qeyd edək ki, bir məktuba əlavə edilən faylların həcmi 10MB-dan çox ola bilməz.

Sadə Box.az

“Sadə” Box.az internet bağlantısında problem yaşayan, zəif internet bağlantısı olan və ya köhnə brouzerlərdən istifadə edən istifadəçilər üçün nəzərdə tutulub. Sadə intefeys AJAX-dan istifadə etmir və buna görə də məhdud imkanlara malikdir. Məsələn hal-hazırda ünvan kitabçası, mövzular, və s. imkanları yoxdur. Bunun səbəbi odur ki, sadə box.az yalnız ekstimal hallarda istifadə üçün nəzərdə tutlub.

İstifadəçilər normal şərtlərdə hər zaman Yeni Box.az-dan istifadə etməlidirlər. Bunun üçün sadəcə poçt qutunuzun yuxarı hissəsində yerləşən “Yeni Box.az” keçidini seçmək kifayətdir.

Yeni Box.az aşağıdakı və daha yeni internet brouzer dəstəkləyir. Bütün əvvəlki versiyalar üçün Sadə intefeysdən istifadə edilməlidir:

  • Internet Explorer 6+
  • FireFox 1.5+ (PC, Mac)
  • Safari 3+
  • Opera 9+ (PC, Mac)
  • Chrome 1+

Şərh etmə bağıanıb.