Unudulmuş parolların bərpası mexanizmi yeniləndi

May 3, 2010

Parolun unudularaq və ya başqa bir səbəbdən itirilməsi heç də nadir hallardan deyil. Misal üçün tez-tez rast gəlinən hallardan biri – parolumuzu dəyişirik, növbəti girişdə isə yeni parol yada düşmür! Bu cür hallarda istifadəçilərimizin yardımına parolun bərpası sistemi gəlir.

Lakin parolunuzu bərpa etmə üsulundan təkcə siz deyil, sizin hesabınızı ələ keçirmək istəyən başqa şəxslər də ola bilər. Məhz buna görə, istifadəçilərimizin xidmətdən daha əminliklə istifadə etmələri üçün biz parolun bərpa sistemini yenilədik, onu daha etibarlı və təhlükəsiz etdik.

Yeni parolu bərpa etmək üçün istifadəçi adınızı daxil etdikdən sonra sistem avtomatik olaraq bu istifadəçiyə uyğun bərpa üsullarını göstərəcək.

Misal üçün aşağıdakı şəkildə hazırda mövcud olan iki bərpa üsulu istifadəçiyə təklif edilmişdir. Bunlardan birini seçərək bərpaya başlanıla bilər:

Qeyd edək ki, bu bərpa üsullarının aktiv olması istifadəçinin son giriş tarixindən və alternativ email ünvanını göstərib-göstərməməsindən aslıdır. Daha dəqiq desək, əgər istifadəçi öz hesabına son 24 saat içində daxil omuşdursa o zaman məxfi sual ilə bərpa üsulu aktiv olmayacaq. Bunun vasitəsilə biz aktiv istifadəçilərimizin hesablarını qorumuş oluruq.

İkinci halda, alternativ email göstərilmişdirsə, istifadəçinin hesabında göstərmiş olduğu alternativ email ünvanına bərpa məktubu göndəriləcək. Box.az yeni parol göndərmək əvəzinə həmin istifadəçiyə xüsusi bərpa keçidi göndərəcək (aşağıdakı şəkildə göstərildiyi kimi). Bərpa keçidini açdıqda istifadəçiyə yeni parolu daxil etmək təklif ediləcək.

Bütün bu yeniliklər həm bərpa sistemini daha etibarlı edir həm də parolun/hesabın oğurlanması hallarının qarşısının alınmaqda kömək edir.

Son olaraq bütün istifadəçilərimizdən məxfi sual və cavabları heç kimlə paylaşmamaqlarının vacib olduğunu xatırladmaq istərdik. Əgər məxfi sual/cavabınızı unutmusunuzsa o zaman elə indicə yeniləyin və unutmayacağınız və eyni zamanda başqalarının bilmədiyi sual/cavabdan istifadə edin. Əğər başqa bir email ünvanınız varsa onu da alternativ email kimi göstərin.

Bölmə: Sənədlər

Şərhlər (17)

 

  1. White says:

    Çox Gözəl!
    Təbrik edirəm Bütün box.az istifadəçilərini bu yenilik münasibətilə də.

    Bircə Xahiş o olardı ki Məktubunların RFC si bölməsi də aktiv olsun.Bilərdik spoofdu yoxsa Legal istifadəçi.

    Belə də isə Çox gözəl servisdir box.az.

    Bütün Box.az Kollektivinə Səmimi olaraq Təşəkkürümü Bildirirəm.

    Hörmətlə.

  2. Asaf says:

    Salam Box.az Men iki sey haqqinda bilmek isteyirem. Birincisi e-mail-e wap vasitesiyle girmek nece gundur mumkum deyil, ikincisi ise men parolumu deyisdirmek isteyirem, ancaq alinmir. Butun prosedurlardan kecirem, lakin sonda daxil olduqda yene yeni parol ile acmir ve kohne parolu daxil edirsen acir. Xahis edirem bu iki mesele ile bagli mene komek edesiniz. Hormetle Asaf

  3. Ahmed says:

    salam menim nokia-n97@box.az e-mail adresime gelen mektublar ve spam acilmir 200 den cox hec bir mektub gorsenmir mektub acmir xahis edirem komek edesiniz

  4. Xalid says:

    Salam!
    Men 2002 ci ilden xalid701@box.az e-mail adresi acmisham.Indi isteyirem parolumu deyishem ama bu box.az da deyesen mumkun deyil!
    Men ne etmelyem?

    • Emil says:

      Xalid biyabir olasan seni ))) 2002 ci ilden box az istifadecisen amma indiyene qeder bilmirsen ki parolu deyishmek ucun “Xüsusiyyətlər” bölməsinə keçmək lazımdır ordan isə “Parol” bölməsinə, ardını ozün başa düşəcəksən hamısı doğma dildədi ))) uğurlar !

  5. Emil says:

    o kiqaldı yeniliklərə əlbəttə ki sevindirici haldı gecdə olsa , daha da artığı gözləyirik … və ümüd edirik ki bir gün box.az mail.ru , gmail, ve sait kimi herterefli bir ad olacaq ..))uğurlar dəyişin inkşaf edin ,ideyalar aşır daşır bu plagiat dunyasında ))

  6. Zaur says:

    Salamlar,

    Man box.az in ilk istifadecilarindan biriyam. Cox tashakkur ediram, siza uzun omur can sagligi arzulayiram.

  7. Seven_birisi says:

    Teshekkur Edirem! Ugurlar

  8. Nail says:

    Salam. menim nm88@box.az e-mail adresimin parolunu unutmuwam. eger mumkunse oz e-mailime gondere bilersiz?

  9. Orxan says:

    Salamlar!!!
    Men bu saytda tezeyem,meqsedim yeni dost ve tanislar axtarmaqdir.Sekiliyem, adresim: orxan.ehmedli@box.az

    ESQ OLSUN BOX.AZ-a

  10. qara_bala says:

    ugurlar box.az aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  11. VUQAR says:

    Privet milaya davay budi druzyami ya cuper maccajict ya cam ne jenaty ya jivu baku menya zavut vuqar mob 055 709 11 76, 050 394 86 93. Jdu atevt zvnaka yecli xatite yecli xatite cuper liboyye maccaj daraqiyye jensini ya kvasim ucluqam idu zakazi cena daqavorniy

  12. cemo says:

    Tesekkurler

  13. remziyye says:

    salamlar.butun box.az sakinlerini salamliyiram.men alternativ email adresine tiklamisdim.Amma deyisiklik olmamisdi.

  14. lale says:

    salam mənim burada 2 adim var amma birinin parolunu unutmusam ne ede bilərəm xahiş edirəm mənə bu haqda məlumat verəsiniz

  15. kama says:

    baglanmis poctanin acilmasi hecmi mumkun deyil?mumkunse nece,mumkun deyilse xahis edirem ele bir xidmet yaradin.