Box.az-ın 9 yaşı tamam oldu

August 8, 2009

Yaşımızın üstünə bir yaş da gəldi. Azərbaycan internet məkanında ən yaşlı internet saytlarından biri olmağımıza baxmayaraq, həmişə yeniliklərlə gənc və müasir qalmaq üçün çalışırıq.

Elə ona görə də istədim keçən 1 il ərzində görülən əsas islərin hesabatını təqdim edim:

  1. Yeni interfeys əsas oldu və ehtiyat üçün Sadə interfeys əlavə olundu (əlavə məlumat üçün http://blog.box.az/2009/07/kohne-yeni-ve-sade-interfeys/). 2000-ci ildən fəaliyyət göstərən Köhnə interfeys təmamilə ləğv olundu.
  2. Artan tələbatın qarşısında server arxitekturamızda köklü dəyişikliklər edildi.
  3. Köhnə 2 ədəd server, 5 ədəd yeni server ilə əvəz olundu.
  4. Yuxarıdakı dəyişikliklər xidmətin fəaliyyətdə olan müddəti artirmağa imkan yaratdı. Son 3 aydın ortalama statistikasına görə xidmətdə 99.9% aktivlik müşahidə olunub (yəni 3 ayda cəmi 0.1% vaxt işləməyib).
  5. Beynəlxalq internet kanalının genişliyi 2 dəfə artırıldı.

Bütün bu infrastruktur dəyişiklikləri bizə gələcəkdə yeni xidmətləri sürətlə həyata keçirmək imkanını yaradır. Odur ki, yenililəri gözləyin…

Tags:

Bölmə: Xəbərlər

Şərhlər (7)

 

  1. AYPARA says:

    TEBRIKLER :)

  2. Orkhan says:

    Ura! Təbrik edirəm! İrəlidə uğurlar və müvəffəqiyyətlər arzulayıram! :-)

    P.S Bu dəfə tort olmadı? :-)

  3. Tebrikler box.az, boyuk oqlan olasan ))

  4. Mən says:

    Keçmişdə olsa təbriklər box.az :)

  5. NARMIN says:

    Tebrik edirem!size UGURLAR!