Box.az 2.0
March 26, 2008
İstifadənizə yeni box.az 2.0 təqdim edirik, yeni intuitiv dizayn və ajax texnologiyası ilə tərtib olunmuş e-poçt xidmətimiz sizə elektron ünvanınızdan istifadəni daha da rahatlaşdıracaqdır.
Yeni versiyadan istifadə etmək üçün beta.box.az ünvanına daxil olub yeni (2.0) versiyasını seçib istifadəçi adınız və parolunuzu daxil etmək kifayətdir.
Xidmət beta (sinaq) mərhələsindədir. İstifadə zamanı hər hansı bir problemlə üzləşdiyiniz zaman support@box.az ünvanına yazıb bizə bildirməyinizi xahiş edirik.
Box.az 2.0 versiyasının mövcud üstünlüklrəi barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bölmə: Xəbərlər



Xoş gördük.
Mən “beta.box.az” ünvanında yerləşən “box.az v2.0″-ı (AJAX texnologiyası əsasında
) başdan-ayağa analiz etdim. Yazını bloqda oxuyanda hədsiz sevinsəmdə – saytın üzünə və ələfsusda daxilini göründü – həvəsdən düşdüm.
İlk səhifəyə “normal” demək olarsa da, daxilinə heç də o cür yanaşmaq olmaz. Qeyd edim ki, bloqda yeni emblemi görəndə – ÇOX XOŞUMA gəldi. Ancaq sayt onun üzərində qurulmayıb. Daha doğrusu dizayna uyğun deyil. Düzdür, “BETA” olduğunu da nəzərə almaqla, kafi demək olar.
Bu bir istifadəçi rəyi idi.
İnkişaf etmək arzusu ilə…
Daimi boX.aZ istifadəçisi.
Yeni ePoçtu incələdim və bəyəndim!
Birdən-birə ÇOX xoşuma gəldi! Nə vaxt BETA məsələsi bitəcək?
Salam,
Menim emilim emin_huseynzade@box.az -dan beta versiya ile daxil ola bilmirem. Amma kohne box.az-dan normal daxil oluram. Bunu duzelde bilersiniz?
Emin
xəbəri verməkdə 2 həftə qabaqlamışam deyəsən. Uğurlar olsun…
http://www.oxatan.com/2008/03/11/mail_qutucu287u_web_20_il601_mail_qutusu_oldu__betaboxaz.html
Box.az da mail accounta daxil olduqdan sonra səhifəni X ilə bağladıqda ( Alt+F4 ), yenidən brovvserə box.az URL`unu daxil etdikdə səhifədə yalnız mavi rəng və üzərində loading gifi açılır ( bəzən isə sadəcə title gəlir və saəhifə ağ olaraq qalır ). Səhifə tam açılmır. Nəzərə alsanız çox yaxşı olardı.
teze versiya icad edilenden kompyuterim bu sayti cox gec acir, ya da hec acmir. kohne versiya yaxshidi