Box.az çatına smayliklar və başqa yeni funksiyalar əlavə olundu.
Posted by rustam on October 6, 2009
Box.az çatına bir sıra əlavələr etdik. Ən əhəmiyyətlisi smaylikların əlavə olunmasıdır. Sağ tərəfdəki şəkildə hal-hazırda çatda istifadə edilə biləcək simvol kombinasiyaları və onlara uyğun smayliklar göstərilib.
Həmçinin çata göndərdiyiniz linklər artıq avtomatik olaraq tanınacaq və üzərinə basılan zaman yeni pəncərədə açılacaq.
Son olaraq çat sisteminə avtomatik qoşulmağı əlavə etdik. İnternet bağlantısından və ya başqa problemlərdən dolayı çat bağlantısı qopduğu zaman sistem avtomatik olaraq 5 saniyə sonra qoşulmağa cəhd göstərəcək.
Ümid edirik ki, bütün bunlar sizin çat söhbətlərinizi daha da emosiyalı və rahat edəcək.



amma cat penceresi daha genis olsa yaxsidi.
smayliklerden nece istifade edim? cat problemini hell etdim indi qaldi bu
Smayliklerden istifade etmək üçün sadəcə yuxarıdakı Simvollar sütunundakı işarələri mesajınıza daxil edib, mesajı göndərin. həm sizin, həm də alan şəxsin çat pəncərəsində bu simvollar avtomatik smaylikə çevriləcək.
Mence chat o qeder de yaxsi deyil. Ama Mail.ru Agent kimi bir servis olsaydi ela olardi. Mence bu box.az istifadecilerinin qat qat artmasi ve Aznetin butun dunyaya taninmasi ile neticelenerdi
duzdu agent olsa zor olardi