Google və Yandex-dakı dostlarınızla çatlaşın

February 7, 2010

Yandex və Google ilə çatBox.az istifadəçiləri artıq yalnız öz aralarında deyil, həmçinin Google və Yandex-dakı dostları ilə də çatlaşa biləcəklər.

Box.az Çatı genişlənərək digər çat xidmətləri ilə əlaqə yaratmağa başladı. Bunlardan ilk ikisi rusiyanın ən böyük portallarından olan Yandex və dünyanın nəhənglərindən olan Google oldu.

Əgər sizin əlaqə qurmaq istədiyiniz şəxs Google Talk/Gmail və ya Yandex Online-dan istifadə edirsə, sadəcə onun poçt ünvanını “Çata dəvət et” qutusuna daxil edib onunla çatlaşmaq istədiyinizi bildirin. Həmin şəxsin poçt ünvanı müvafiq olaraq @gmail.com, @googlemail.com, @ya.ru, və ya @yandex.ru sunluqlarından biri ilə bitməlidir. Bundan sonra siz həmin şəxslə adi qaydada çatlaşa biləcəksiniz.

Onu da qeyd etməliyik ki, sizin tam adınız və profayl şəkliniz çata dəvət etdiyiniz şəxsin çat proqramında avtomatik olaraq görünəcək. Misal üçün, aşağıda Yandex istifadəçisinin Box.az çatındakı dostu ilə yazışarkən gördüyü profal şəkili və adı göstərilmişdir. (Qeyd: Google-dakı məhdudiyyətdən dolayı Google istifadəçiləri Box.az-dakı profayl şəkillərini hələlik görə bilmir)

Yandex Online

Bu bağlantı təkcə birtərəfli deyil. Yəni sizin Google Talk, Gmail, və ya Yandex istifadə edən dostlarınız da sizi öz çatlarına əlavə edə bilərlər. Bunun üçün onlar sadəcə sizin Box.az-dakı email ünvanını öz kontakt siyahılarına əlavə etməlidirlər.

Çata dost əlavə etmək haqda əlavə məlumatla burada tanış ola bilərsiniz: http://blog.box.az/docs/chat/

Bölmə: Xəbərlər

Şərhlər (13)

 

  1. rustam says:

    WebOxu-da bu barədə yazı ilə də tanış ola bilərsiniz. Gmail ilə bağlanmanı əyani göstərir:

    http://weboxu.com/blog/boxaz/316.html

  2. Orxan says:

    Heyo!

    Mövzüdan kənar olsa da və “SUAL-CAVAB” bölməsi işləmədiyi üçün sualımı burada verməli oluram:
    Qədim və müqəddəs bayram olan Novruz bayramı ərəfəsi nəyə görə box.AZ-da tonqal qalanmadı? Axı ən-ənəyə əsasən qalanırdı. Bu il nəyə görə olmadı?

    • rustam says:

      Salam Orxan, Novruz bayramınız mübarək və diqqətinizə görə çox sağolun. Haqlısınız, bu il ənənəyə sadiq olmadıq. Amma bunun əsas səbəbi hər kəsin tezliklə təqdim edəcəyimiz yeni məhsulla başının qarışıq olasıdır. Növbəti il mütləq qalanacaq!

      • Orxan says:

        Təşəkkür, sizinlə bahəm! :). Cavab ümivericidir. Dayanmayın! Yeniliklər adamı sevindirir! ;). Uğurlar!

  3. Orxan says:

    Rüstəm bəy, yeni problem aşkarlamışam. Ən-ənəvi “baq-report”umu davam edirəm ;). Bu yaxınlarda bir nəfər yeni box.AZ hesab açanda ona elə @box.AZ-dan “Xoş gəlmisiniz” məktubu gəldi və özü-özünü atdı spama. Belə çıxır ki, @box.az ünvanı elə box.AZ-ın özündə spam siyahıdadır?

    Gələn ünvan: noreply@box.az (həmişəki).

    Hörmətlə.

  4. Eldar says:

    Salam rustem bey size bir sualim var:
    Bildiyime gore IT expertsiniz. Bes nece olur ki sizin kimi bir mutexessisin saytini (blogunu) hackliyirlar ?

    http://zone-h.org/mirror/id/7881837

    Cavab zehmet olmasa

    • Orxan says:

      Mm, hətta Penqatonun serverlərini belə DDOS hücumlar edib, yatırdırlar. Bu bloq WordPress əsasında olan adi bloqdur. Eyni qayda ilə bu CMS əsasında olan hər bloqu krək etmək olar. Fikrincə burada utanclı və ya qeyri-adi bir şey yoxdur.

      • Eldar says:

        Men demedim burda utancli nese var, sadece IT experte aid bir blogda bele aciq olmasi bir az maraqlidir. Ve men inanmiramki Box.az hansisa bir layihesinde bir CMS-i oldugu kimi istifade elesin, sozsuz ki onda aciq tapib baglayacaq. Cunki demek olar ki butun scriptlerde aciq var.

    • rustam says:

      Salam Eldar bəy,

      Sualınıza görə təşəkkürlər. Aktivliyin olması həmişə sevindirir. Belə getsə gərək bir texniki forum da açaq :)

      Sualınıza gəldikdə isə, göndərdiyiniz linkdə blog.box.az-da bir dəfə baş vermiş sadə defacedir (buna hack da demək olmur).

      Qeyd edim ki, blog.box.az tamamilə başqa bir serverdədir və əsas Box.az ilə texniki baxımdan əlaqəli deyil. Bu baxımdan cox zərərsiz bir haldır.

      Təbii ki, biz bu halların da qarşısını almaq üçün səy göstəririk.

  5. oguz says:

    salam
    sizə sualım məxfi sualla bağlıdır.
    mən öz e-poçtamda ki orda suallı dəyişsəmdə yenilənmə getmir eləcə qalır.
    yəni məxfi sual -və cavabı oraya daxil edəndən sonra dəyişiklik baş vermir eləcə yerində sayır.
    cavablasaydınız yaxşı olardı…

  6. Eldar says:

    Rustem bey, cox maraqlidi bes neye gore hansisa aidiyyati orqanlara muraciet etmemisiniz ? Belke etmisiz bizim xeberimiz yoxdu )) Ve ya suali basqa cur verim, qarsi terefe ne cur cavab vermisiniz ?

    P.S Box.az barede maraqli gelen esas 2-3 movzu var, bunlardan biri hemin defeys meselesi, digerlerine ise bu sualima tam cavab alandan sonra kecerik ))