Box.az-ın Mobil versiyası yeniləndi

March 21, 2011

Uzun müddətdir ki mobil versiyada dəyişikliklər etmidrik. Vaxtı gəlib çatdı.

Yeniliklər arasında:

  • Azərbaycan və Rus dillərinə tərcumə (bir çox telefonlarda şrift problemi olduğundan bunu etmirdik, lakin yeni modellərdə bu problem yoxdur)
  • Sosial şəbəkə bildirişləri ayrı qovluqda göstərilir.
  • Cavab yazarkıb orijinal məktubdan bir hissə göstərilir
  • Yeniləşdirilmiş ünvan kitabçası
  • Məktubların sadə mətn formatında göstərilməsi (daha sürətli yüklənib, daha az trafik istifadə etməsi üçün biz HTML məktublarını da mətnə çeviririk)
  • Yeni rahat dizayn və naviqasiya alətləri

Onu da qeyd edək ki, toxunmalı ekranı olan telefonlar üçün optimallaşdırılmış (iPhone, Android, və s.) xüsusi mobil versiya üzərində işlərimiz davam edir və bir neçə ay içində işıq üzü görəcək.

Mobil versiyadan istifadə etmək üçün m.box.az ünvanına telefonunuzdan daxil olun.

 

Qeyd: Bəzi istifadəçilərimiz Samsung telefonlarının bəzi modellərində problemin olduğunu bildirmişlər. Hal-hazırda bunu araşdırırıq. Əgər sizdə də mobil versiyada daxil olmaqda problem varsa bizə bildirin.

Bölmə: Xəbərlər

Şərhlər (21)

 

  1. yusifova gulnar says:

    salam,men box.az-in mobil versiyasina gire bilmirem,orada olan login-nin ustune basmaq olmur,iwarelenmeyib.telefonumun markasi nokia6700-dur,marka ile elaqederdir yoxsa?zehmet olmasa sualima cavab yazin

    • nigar says:

      men de mobil versiya ile emailime gire bilmirem.telefonumun markasi nokia Xpressmusic 5310

  2. yusifova gulnar says:

    indi daxil olmaq olur. Amma yazilirki, “elaqe tehlukesiz deyil,davam edek?” yazilir. men ” Beli” yazilan duymeni basiram.ama yene de eyni qaydalari yazmagi menden teleb edirler. bes men ne edim?

    • rustam says:

      Biz kiçik bir dəyişiklik etdik, zəhmət olmasa indi yoxlaya bilərsiniz? Görünür bəzi telefonlar bizim əlavə etdiyimiz SSL təhlükəsizliyini bəyənmədi…

  3. sara says:

    yeni versiya superdi.cox sag olun.

  4. valiye says:

    menim telfonum samsung dur gorunur men gire bilmiyecem

  5. Əli says:

    Bunu elə düzəldin ki, bütün telefon markaları proqramı tanısın. Mənim telefonum Samsung C3010-dur. Ana səhifəni açır, amma AD və PAROL yazıram, “daxil ol” vururam, yenidən ana səhifə açılır.

  6. valiye says:

    ele edin butun telfonlarla girmek olsun xais edirem samsung la alinmir girmek

  7. yusifova gulnar says:

    beli mende de yeniden ana sehife acilir,tezelden ad ve parol soruwur,niye bele olur?

  8. Nigar says:

    menim telefonum samsungdur ve mende hec bir problem yoxdu.cox asanliqla girmisem girirem girecem.

  9. GUNEL says:

    MENIM TELEFONUM EGITEL-DIR INTENTE QOSULA BILIREM ANCAQ GUNUN LETIFESI, HAVA HAQINDA MELUMAT VE S.ACIR.AMMA ISDEDIYIM HER HANSISA BIR CATA QOSULA BILMIREM.

  10. Bella says:

    bes samsung-lar uchun chat yoxdur?((

  11. shohrat says:

    hää! Yaxshi söhbetdir!

  12. gulnar says:

    bes nokia-da duzelmeyeceksiniz,axi mende helelde problem olur email-e girende

  13. Mehdi Salemi says:

    Salam
    Men Irandanam, imeyl unvanimda .az olmsina gore Box.az-da qeydiyyatdan kechdim.
    Telefonlari bosh verin hele box.az-in web seyfesinde problemler var. Birincisi budur ki Box.az bezi fontlari tanimayir ikincisi budurki fayl imeyl gonderende elave etmek olmur. Ricam budur bunlari web seyfesinde duzeldin sonra kechid alin mobil versiyasina.
    SAGH OLUN

  14. selime says:

    menimcun yeni ve ya kohne versiya ferqi yoxdu ,her zaman ve de her yerde gire bilirem.Telde internet aciq olduqdan sonra niye girmek olmasin emaile?ne ise hamiya UGURLAR!!!

  15. Almardan says:

    heleki mende hec bir sorun yoxdur.hem opera mini ile,hem de tel.in oz neti ile girende.nokia 6303c lerde no problem.

  16. gulnar says:

    men helede gire bilmirem,telefonum nokia`dir(6700),niye bele olur?sualima helede cavab verilmeyib!

  17. aysel says:

    Lap yaxwi oldu lazim idi

  18. aysel says:

    uwaqlar men nece chata girim komputerle