Spam və Spama Qarşı Mübarizə

December 9, 2009

imageviewer.aspxSon illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil etmişdir[1]. Box.az da istisna deyil. Bu bloq yazısında Box.az-dakı spamlara və onları əngəlləmək üçün görülən tədbirlərə nəzər salacayıq.

Ümumiyyətlə Box.az-a gələn spamları 2 qrupa bölmək olar: xariciyerli spamlar.

Xarici Spamlar

Bu növ spamın böyük qismi inglis dilində olur. Lakin bəzən qonşu rus və türk dillərində spama da rast gəlmək olur. Bu növ spamlar adətən böyük spam mənbələri tərəfindən göndərilir. Bu cür spammerlər məktubu kimə göndərdikləri haqda heç düşünmürlər – təki email ünvanı olsun. Bu cür kütləvi spamerlər öz şikarlarının email ünvanlarını avtomatik olaraq forumlardan, bloqlardan, və başqa  internet resulrslarından toplayır.

Əgər siz bu cür spammerlərin hədəfinə çevrilmək istəmirsinizsə çalışın email ünvanınızı mümkün qədər az yerdə göstərin.

Kütləvi spamların başqa bir mənbəyi də viruslara yoluxmuş “zombi” kompüterlərdir. Bu kompüterlər istifadəçilərin xəbəri olmadan gündə yüz minlərlə məktub göndərir.

Yerli Spamlar

Son bir neçə ildə Box.az-a gələn yerli spamların sayı kəskin artmışdır. Yerli spam dedikdə biz Azərbaycan saytlarını və şirkətlərini nəzərdə tuturuq.

Yerli spamların böyük əksəriyətini yerli əyləncə saytları təşkil edir. Sayğac sistemlərində bir-birilə yarışan bu saytlar spam vasitəsilə öz ziyarətçi sayını süni şəkildə artırmağa çalışır. Aşağıda bu spamerlərin bir neçəsi göstərilmişdir:

eylence.az, eylence.ru, mix.az, open.az, big.az, geceler.biz, nurter.info, webmasterik.biz, danger.az, mobiland.az, mm-mobile.net, azelim.com, azeriwap.az, azeri-host.net, relax.az, bakililar.ws, paylash.info, birge.biz, və s.

[əlavə 10.01.10] vmart.az, nice.az, bakudubai.com, ziya.az, zor.az, cin.az, teacher.az, toget.az, mid.az, mynet.az, eylen.net

Lakin son vaxtlar nisbətən ciddi yerli şirkətlər də bu ücüz reklam növünə üstünlük verməkdədirlər. Misal üçün FlyDubai (Turizm ve Viza xidmetleri), Vmart.az (elektron ticarət) və başqa şirkətlər öz xidmət və məhsullarını istifadəçilərə spam göndərməklə reklam edirlər.

Maraqlıdır ki, istifadəçini cəlb etmək üçün bir çox hallarda bu reklamlarda müxtəlif bicliklərdən istifadə olunur. Məsələn, məktubu göndərən spammer özünü istifadəçinin tanıdığı bir qız kimi qələmə verir. Burada sual yaranır ki, aldadaraq özünə müstəriləri cəlb edən şirkətlər gələcəkdə həmin müstərilərin güvənini necə qazanacaq? Məncə bu cür hiylə işlədən şirkətlər ilk andan özlərinə mənfi imic yaradırlar.

Spamla Mübarizə və Statistika

Box.az spamla mübarizə üçün coxpilləli süzgəclərdən istifadə edir. Hər bir süzgəcin öz funksiyası var.

İlkin mərhələdə dünyada məşhur spam mənbələrindən və yolixmuş zombi kompüterlərdən gələn spamlar ələnir. Bunun üçün SBL (Spam Block List) adlanan qara siyahılardan istifadə olunur.

İkinci mərhələdə məktubların məzmunu analiz edilir. Bu mərhələdə məktubların mətnindəki bir cox meyarlar əsasında analiz aparılır və əlavələrdə virusların mövcudluğu yoxlanılır.

Son olaraq yerli spamlara qarşı xüsusi yoxlamalar aparılır. Hər yeni yerli spam üçün bu süzgəcdə xüsusi qaydalar müəyyən olunur ki, bu reklamlar bir daha istifadəçini narahat etməsin.

Box.az-a 1 ay ərzində təqribən 10 milyon məktub gəlir. Aşağıdakı şəkil bu məktubların yuxarıda saydığımız qruplar arasında necə paylaşdığını göstərir:

chart

Gördüyünüz kimi sadəcə ilkin mərhələdə milyonlarla spam süzgəcdə ələnmişdir. İkinci pillədə nisbətən az, ümumi həcmin 2%-i süzgəcdən keçmir. Nəticədə anti-spam sistrmindən sadəcə 10% məktublar təmiz çıxır!

Son olaraq qeyd etməliyik ki, spam süzgəcləri 100% səliqəli deyil. Bəzən spam tipli məktubu normal kimi, bəzən də normal məktubu spam kimi dəyərləndirə bilər. Buna görə istifadəçilərimizə məsləhət görərdik ki, mütəmadi olaraq Spam qovluğunu yoxlasınlar. Məhs bu qovluğa fayllar toplanılır.

Spam məktubları haqda ətraflı olaraq burada Wikipediada məlumat ala bilərsiniz: http://az.wikipedia.org/wiki/Spam

Tags:, ,

Bölmə: Xəbərlər

Şərhlər (24)

 

  1. AzeriFire says:

    Salam. Qeyd etmək istəyirəm ki, mobiland.az adından mən spam göndərməmişəm. Yalnız qeydiyyatlı istifadəçilərimə yenilik haqqında məlumat yollamışam və spam üçün heç bir vasitəm yoxdur.

  2. aflatunus says:

    keçen defe katalog.az-dan zeng vurmuşdular. diyir, eger bizim kataloqda melumat yerleşdirseniz – ki bu pulludur – sizin üçün ne bilim ne qeder adrese mail göndererik.

    tesevvür eliyin bunu aktiv olaraq şirketlere teklif edirler.

    düzdü bizde bilinen yollarla spam elemirler. daha çox bir e-mail adresi açıb ordan müeyyen sayda adama bulk e-mail gönderirler. ona göre de xarici e-mail xidmeti verenlerin spam divarlarını bezen asanlıqla keçe bilirler. bir de azerbaycan dili hele ki yaxshi keşf olunmuyub belke ona göre.

    men özüm xüsusile de korporativ e-mail adresime “ciddi” şirketlerden, xüsusile de travel agency-lerden ve otellerden çoxlu spam aliram.

  3. Serxan says:

    Kataloq.az menim mail ünvanıma neçe defe spam mail gönderib. Hetda birinde gönderdikleri bütün adresleri TO sahesine yazıb göndermişdiler. Hamısın götürmüşem :)

  4. Araz Yusubov says:

    Hörmətli Box.Az, uğurlarınız sevindirir, yenilikləriniz türkün sözü “köksümüzü qabardır”. Bircə ismarışların mətnində axtarış etmək imkanını da əlavə etsəydiniz xidmətiniz digər rəqibləri ilə bərabər addımlayardı. Axtarış imkanı olmadığından, bəzən lazım olan məlumatı tez tapmaq qeyri-mümkün olur.

  5. Aygunka says:

    Box.az sadə interfeysinə görə çox xoşuma gəlir. Ona görə də, onu istifadə edirəm və heç vaxt spam mail almamışam. Uğurlar Box.az!

  6. sevil says:

    salam.men spam almisam birincisini bir qiz yazmisdi,ikincisini de,TAC.az dan gelib.Box.az bizim sevimlimizdi.

  7. Fiko says:

    Salamlar…Düzdü bu spam mektublar mene o qederde gelmir, amma qeydiyyatda oldugum saytlardan gelir, düz deyirsiz ki, gerek mailimiz az yerde yazaq ki, bu spamlar da olmasin…

  8. Humayka says:

    Salam. Box.az -daki butun yenilikleri beyendim. Bele ishlemek daha rahatdi.
    Mene de coxlu sayda spam gelir. eylence.az, Kataloq.az ne bilim daha bashqa neler. Bezileri diqqetimi cekir deye aciram, amma deymez…

  9. vuqar says:

    salamlar her kese…box.az-da yenilikleri beyendim cox rahatdir ….. Sukani bele saxlayin….

  10. Anonym says:

    Hörmətli aflatunus.
    Tamamilə razıyam sizinlə.
    Bunlarda spammer sifətinə bax ki hələ bir zəng də vururlar.
    Onu deyim ki zəng edilən telefon nömrəsinin mənbəyini bilərək siz kataloq.az ın yerləşdiyi provayderə bu haqqda məlumat verə bilərsiniz.Ən pis halda RİTN bu barədə.
    Amma sübutlarla əlbəttə ki.
    Ən yaxşı halda site suspend olunacaq.
    Ən pis halda bunu edən şəxslər cəzakandırıla bilər.
    Uğurlar.

  11. Farid says:

    Tesadufen bura dushdum. Ne eceb kimse bunlardan danishmaga bashlayib :) Icaze versez, 1-2 sozu men de deyim.

    eylence.az, daha aydin desek – AZERCELLde chalishan Murad ve … (ikincini tanimiram) oz saytlarini spam ile reytinqlerde qaldiriblar ve hal hazirda spam servisini millete satirlar.

    Azeri spam-listi haradan goturubler?
    bizim forumlari, curbecur saytlari sindirib, oradan emaillari kochurdub (saytlarin, forumlarin ozlerine el deymeyibler, hech adminlerin xeberi olmayib chox hallarda), boyuk bir spam list yaradiblar.

    Sonra ise bashlayiblar spama – from Fidan, Aygun, ve s.

    open.az, big.az ve bir chox yuxarda qeyd etdiyiniz saytlar onlarin spamina gore qalxib.

    1 spam – 50 azn, sehv etmiremse.
    bildiyime gore, hetta bu spam listi almaq da olar – spam-list + lazim olan mailer – 500azn.

    bugun bashqa spam aldim – nice.az
    ucuz ve keyfiyyetsiz saytlar chox bezdirib..

  12. Farid says:

    Bugun gelenler:

    teacher.az
    toget.az
    mid.az

  13. Sevgi says:

    eladir

  14. Farid says:

    Bugun gelenler:

    mynet.az
    eylen.net

    • Anonym says:

      Farid tamamile raziyam sizinle.Haqlisiniz.
      Cunki bu tipli sosial shebekeler emele getiren “forumlar” ve diger tipli “reytingli saytlar” in tehlukesizliyine adminleri baxa bilmir.
      O menada ki, hamisi nulled skriptlerden istifade edir.Nulled skriptlerde ise o qeder “dirka”lar movcuddur ki,her eploitden istifade ede bilen mekteb ushagi sayt sindirir:).Belelikle spam ucun elverishli email baza yaranir + spam da ele hemin hacklanmish saytlardan gelir.
      Bunun daha tehlukeli olacagi hal ise vay o gunden ki,hemin serverlerden DDOS hucumlar heyata kecirilsin.
      Sade php script bunu etmeye qadirdir.
      Hec olmasa security sozunun gerek menasini anlasinlar ele “adminler” yoxsa her yerinden duran webmaster olur:)
      Men bunu illerledir AZNET de gorurem.
      Ikinci bu tipli boshluq RITN nin bu sahede serishtesiz olmasindan xeber verir bu tipli hallarin qarshisini ala bilmirler.Trace ede bilmirler.Belke de arashdirsaq provayderlerde hec timestamp saxlanilmir:))
      Hamisi Kadr catishmazligindan ireli gelir.

  15. ocean_wind says:

    SALAMLAR!
    Bu gozel sheraite gore teshekkur!Her shey e’ladi!
    Hemishe mail-leri telefonla gonderirem.1ce problem maillerin geldiyi vaxti bilmirem.Elece de diger funksiyalardan istifade etmek tel-le de mumkun olsa,chox gozel olardi!
    hm,1de imkan olsa,saati duzeldersiniz.1saat geri chekilmelidi axiii;)
    Onceden teshekkurler!Ishlerinizde ugurlaaar!!!!!:)

  16. Elshad says:

    salamlar. siz supersiniz sizi cox destekleyirem.

  17. rustam says:

    Qara siyahımıza yeni əlavə olunan saytları əks etdirmək üçün məqalə yeniləndi.

    Bu saytlar əlavə edildi: vmart.az, nice.az, bakudubai.com, ziya.az, zor.az, cin.az, teacher.az, toget.az, mid.az, mynet.az, eylen.net.

    Düşünürəm ki belə getsə dinamik olaraq Box.az-da Azərbaycanın spam saytlarının qara siyahısını dərc etməli olacayıq. Başqa mail serverlər də bundan faydalansın.

  18. Farid says:

    Bugun gelen:

    bizim-era.tv

    Bundan once de gelib onlarin spami..

  19. Farid says:

    bugunki:

    From: Aydan (Aydan@aydanchik.com)

    Ağlından nə keçirsə, bizdə tap
    Sevgi,Maraqlı xəbərlər,Mp3,Program,Video,Oyun,Mobil,Şəkillər,Albomlar
    İnanmırsan?
    Daxil Ol, İnan!

    danger.az

    ———–

    Chox heyif ki, bizde bu sahede dovlet orqanlarinda hech kim ishlemir, ona gore bele popuparlashib bu spam.

  20. Farid says:

    От: http://WWW.CANBAKU.NET:::Azerbaijan #1 Exclusive Portal:::
    Дата: Чтв, 04 Фев 2010, 21:47

    CanBaku.Net Uzun muddetli biz fasileden sonra qayitdiq!

    ———-

    chox lazim idi qayitmagiviz… fyuf…

  21. Farid says:

    +1 – Citylife.az

    Tez-tez spam gonderirler, aksiyalar barede. Amma men orda ne qeydiyyatdan kechmishem, ne subscribe etmishem, ve en esasi, spam 2 il ishletmediyim email adresine gelir (ordan forward olunur indiki email’a), yani, kimse choxdan azerb. email bazasini yigib, ve onlara satib.
    bugun gelen:

    Тема: Rhythms of Love with FTV
    От: “citylife.az”

    Sunday’s Rock #2 с участием Milan и Midnight

    Хотите приятно провести время: послушать отличную рок музыку, с классным звуком, в
    непринужденной атмосфере –
    …bla bla bla…

    • rustam says:

      Salam Farid, məlumatlara görə təşəkkürlər. Citylife-dan gələn reklam məktubunda “unsubscribe” kimi bir şey var?