Posts Tagged birthday

Box.az-ın 9 yaşı tamam oldu

Posted by on August 8, 2009  |  7 Comments

Yaşımızın üstünə bir yaş da gəldi. Azərbaycan internet məkanında ən yaşlı internet saytlarından biri olmağımıza baxmayaraq, həmişə yeniliklərlə gənc və müasir qalmaq üçün çalışırıq.

Elə ona görə də istədim keçən 1 il ərzində görülən əsas islərin hesabatını təqdim edim:

  1. Yeni interfeys əsas oldu və ehtiyat üçün Sadə interfeys əlavə olundu (əlavə məlumat üçün http://blog.box.az/2009/07/kohne-yeni-ve-sade-interfeys/). 2000-ci ildən fəaliyyət göstərən Köhnə interfeys təmamilə ləğv olundu.
  2. Artan tələbatın qarşısında server arxitekturamızda köklü dəyişikliklər edildi.
  3. Köhnə 2 ədəd server, 5 ədəd yeni server ilə əvəz olundu.
  4. Yuxarıdakı dəyişikliklər xidmətin fəaliyyətdə olan müddəti artirmağa imkan yaratdı. Son 3 aydın ortalama statistikasına görə xidmətdə 99.9% aktivlik müşahidə olunub (yəni 3 ayda cəmi 0.1% vaxt işləməyib).
  5. Beynəlxalq internet kanalının genişliyi 2 dəfə artırıldı.

Bütün bu infrastruktur dəyişiklikləri bizə gələcəkdə yeni xidmətləri sürətlə həyata keçirmək imkanını yaradır. Odur ki, yenililəri gözləyin…

Tags:

Filed Under: Xəbərlər

Box.az 08.08.08 8 il!

Posted by on August 13, 2008  |  Comments Off

tort8.jpgDaha bir yaş böyüdük. 08.08.08 tarixində Box.az öz 8 yaşına qədəm qoydu. Əsası qoyulduğu tarixdən indiyənə kimi daimə yeniləşmələr həyata keçirən box.az, söz verdiyimiz yeniliklərin bəzilərini istifadənizə təqdim etdi.

ötən 1 il ərzində dizayn və struktur yenilikləri sayəsində istifadəçilərimiz daha böyük həcmli poçt qutusuna sahib olublar. Təkmilləşdirilmiş ünvan kitabçası, yeni AJAX texnologiyası ilə yaradılan intuitiv interfeys, göndərilən məktub əlavələrinin həcminin artırılması bu yeniliklərdən sadəcə bir neçəsidir.

Əldə olunan statistik məlumatıara görə Box.az Cənub Qafqaz regionunda ən çox istifadəçi sayısına sahib olan lokal elektron poçt xidməti göstərən resurs olaraq liderliyini qoruyub saxlamaqdadır.

Hal-hazırda həyata keçirilən yeniliklərlə kifayətlənməyib bir sıra yeni xidmətlər üzərində işləyirik.Ümüdvarıq ki, yaxın zamanlarda tamamlayacağımız layihə bütün istifadəçilərimizin çoxdan gözlədiyi bir yenilik olacaqdır! Bir daha bütün istifadəçilərimizə bizim xidməti seçdikləri üçün təşəkkürümüzü bildiririk. Ad günümüz mübarək olsun deyirik;)

P.S.  Box.az olaraq ad günümüzü bizimlə bərabər qeyd edən Aznetin bir sıra öndə gedən veb resurs təmsilçilərinə öz minnətdarlığımızı bildirmək istərdik.

Tags:

Filed Under: Xəbərlər

Box.az 7 il!!!

Posted by on August 10, 2007  |  Comments Off

tort.jpg

8 Avqust 2007-ci ildə Milli ePoçt xidməti göstərən Box.az-ın 7 yaşı tamam oldu. 7 il sizlərlə bərabər irəliləyən və inkişaf edən Box.az , sayənizdə Qafqazın ən böyük pulsuz veb ePoçt xidməti göstərən portalına çevrilmişdir. 2000-ci ildə cəmi 1 serverlə xidmətə başlayan Box.az hal hazirda 130.000 yaxın istifadəçinin daimi istifadə etdiyi Veb ePoçt xidmətidir.

Qurulduğu tarixdən etibarən yüksək xidmət göstərməyə yönələn hədəfimizi daimə doğruldmağa çalışmışıq. Son il ərzində serverlərimizin sayını və gücünü artıraraq proqramlama hissəsində antivirus və antispam proqramlarını təkmilləşdirməklə yanaşı bir sıra modullar əlavə edilmişdir. İl ərzdinə sizlər üçün daha böyük yeniliklər hazırlamışıq. Xəbərlərimizi izləyin!

Bərabər olduğumuzdan məmnunuq.

Tags:

Filed Under: Xəbərlər