Box.az Məlumat Mərkəzi » virus

Spam və Spama Qarşı Mübarizə
Son illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil etmişdir[1]. Box.az da istisna deyil. Bu bloq yazısında Box.az-dakı spamlara və onları əngəlləmək üçün görülən tədbirlərə nəzər salacayıq.

Ümumiyyətlə Box.az-a gələn spamları 2 qrupa bölmək olar: xarici və yerli spamlar.

Xarici Spamlar

Bu növ spamın böyük qismi inglis dilində olur. Lakin bəzən qonşu rus və türk dillərində spama da rast gəlmək olur. Bu növ spamlar adətən böyük spam mənbələri tərəfindən göndərilir. Bu cür spammerlər məktubu kimə göndərdikləri haqda heç düşünmürlər – təki email ünvanı olsun. Bu cür kütləvi spamerlər öz şikarlarının email ünvanlarını avtomatik olaraq forumlardan, bloqlardan, və başqa  internet resulrslarından toplayır.

Əgər siz bu cür spammerlərin hədəfinə çevrilmək istəmirsinizsə çalışın email ünvanınızı mümkün qədər az yerdə göstərin.

Kütləvi spamların başqa bir mənbəyi də viruslara yoluxmuş “zombi” kompüterlərdir. Bu kompüterlər istifadəçilərin xəbəri olmadan gündə yüz minlərlə məktub göndərir.

Yerli Spamlar

Son bir neçə ildə Box.az-a gələn yerli spamların sayı kəskin artmışdır. Yerli spam dedikdə biz Azərbaycan saytlarını və şirkətlərini nəzərdə tuturuq.

Yerli spamların böyük əksəriyətini yerli əyləncə saytları təşkil edir. Sayğac sistemlərində bir-birilə yarışan bu saytlar spam vasitəsilə öz ziyarətçi sayını süni şəkildə artırmağa çalışır. Aşağıda bu spamerlərin bir neçəsi göstərilmişdir:

eylence.az, eylence.ru, mix.az, open.az, big.az, geceler.biz, nurter.info, webmasterik.biz, danger.az, mobiland.az, mm-mobile.net, azelim.com, azeriwap.az, azeri-host.net, relax.az, bakililar.ws, paylash.info, birge.biz, və s.

[əlavə 10.01.10] vmart.az, nice.az, bakudubai.com, ziya.az, zor.az, cin.az, teacher.az, toget.az, mid.az, mynet.az, eylen.net

Lakin son vaxtlar nisbətən ciddi yerli şirkətlər də bu ücüz reklam növünə üstünlük verməkdədirlər. Misal üçün FlyDubai (Turizm ve Viza xidmetleri), Vmart.az (elektron ticarət) və başqa şirkətlər öz xidmət və məhsullarını istifadəçilərə spam göndərməklə reklam edirlər.

Maraqlıdır ki, istifadəçini cəlb etmək üçün bir çox hallarda bu reklamlarda müxtəlif bicliklərdən istifadə olunur. Məsələn, məktubu göndərən spammer özünü istifadəçinin tanıdığı bir qız kimi qələmə verir. Burada sual yaranır ki, aldadaraq özünə müstəriləri cəlb edən şirkətlər gələcəkdə həmin müstərilərin güvənini necə qazanacaq? Məncə bu cür hiylə işlədən şirkətlər ilk andan özlərinə mənfi imic yaradırlar.

Spamla Mübarizə və Statistika

Box.az spamla mübarizə üçün coxpilləli süzgəclərdən istifadə edir. Hər bir süzgəcin öz funksiyası var.

İlkin mərhələdə dünyada məşhur spam mənbələrindən və yolixmuş zombi kompüterlərdən gələn spamlar ələnir. Bunun üçün SBL (Spam Block List) adlanan qara siyahılardan istifadə olunur.

İkinci mərhələdə məktubların məzmunu analiz edilir. Bu mərhələdə məktubların mətnindəki bir cox meyarlar əsasında analiz aparılır və əlavələrdə virusların mövcudluğu yoxlanılır.

Son olaraq yerli spamlara qarşı xüsusi yoxlamalar aparılır. Hər yeni yerli spam üçün bu süzgəcdə xüsusi qaydalar müəyyən olunur ki, bu reklamlar bir daha istifadəçini narahat etməsin.

Box.az-a 1 ay ərzində təqribən 10 milyon məktub gəlir. Aşağıdakı şəkil bu məktubların yuxarıda saydığımız qruplar arasında necə paylaşdığını göstərir:

Gördüyünüz kimi sadəcə ilkin mərhələdə milyonlarla spam süzgəcdə ələnmişdir. İkinci pillədə nisbətən az, ümumi həcmin 2%-i süzgəcdən keçmir. Nəticədə anti-spam sistrmindən sadəcə 10% məktublar təmiz çıxır!

Son olaraq qeyd etməliyik ki, spam süzgəcləri 100% səliqəli deyil. Bəzən spam tipli məktubu normal kimi, bəzən də normal məktubu spam kimi dəyərləndirə bilər. Buna görə istifadəçilərimizə məsləhət görərdik ki, mütəmadi olaraq Spam qovluğunu yoxlasınlar. Məhs bu qovluğa fayllar toplanılır.

Spam məktubları haqda ətraflı olaraq burada Wikipediada məlumat ala bilərsiniz: http://az.wikipedia.org/wiki/Spam

Antivirus
İnternet məkanında artan virus aktivliyini və istifadəçilərimizin informasiya təhlükəsizliyinin qorunması məqsədi ilə serverimizi viruslarin qarşısını avtomatik şəkildə alan antivirus proqram paketi ilə təmin etmişik. Antivirus poçt qutunuza daxil ola biləcək viruslu məktubların 99% qarşısını alaraq bu tip məktubların poçt qutunuza daxil olmasının əngəlliyir. Antivirus avtomatik işlədiyi üçün ayrıca heç bir əməliyyat aparmağınıza ehtiyac yoxdur.